Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Netanyahuya "lənət" oxuyub
Tramp Netanyahuya "lənət" oxuyub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin keçmiş baş naziri Benyamin Netanyahuya nalayiq söyüşlər söyərək, Co Baydeni ABŞ-ın rəhbəri seçilməsi münasibətilə təbrik edəndən bəri onunla danışmadığını deyib.

Bizimyol.info xəbər verir ki, Amerikanın keçmiş prezidenti bunu "Axios"un müxbiri Barak Ravidə müsahibəsində deyib.

“O vaxtdan bəri onunla danışmamışam. Lənət olsun", - deyən Tramp hələ də Netanyahunu siyasətçi kimi bəyəndiyini, "amma sədaqətə daha çox dəyər verdiyini" qeyd edib.

Onun sözlərinə görə, İsrailin baş nazirindən fərqli olaraq, Rusiya prezidenti Vladimir Putin və Braziliya prezidenti Jair Bolsonaro Baydeni qələbəsi münasibətilə dərhal təbrik etməyiblər, çünki “seçkilərin saxtalaşdırıldığını hiss ediblər”.

“Bayden ilk təbrik edən şəxs Netanyahu oldu, onun üçün münasibətdə olduğum hər kəsdən daha çox etdiyim adam. Bibi səssiz qala bilərdi. Və o, dəhşətli səhv etdi", - deyə Amerikanın keçmiş lideri qeyd edib.

Qeyd edək ki, Demokrat Partiyasından namizəd olan Co Bayden 3 noyabr 2020-ci ildə seçkilərində Donald Trampa  qalib gələrək  ABŞ  prezidenti seçilib .

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »