Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edənlər saxlanıb
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edənlər saxlanıb

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 9-da Bakı-Qazax yolunun 47-ci kilometrliyində yerləşən postda Salyan rayon sakini Əli Cəfərlinin idarə etdiyi “VAZ-21154”, Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda isə Şirvan şəhər sakinləri Ceyhun Vahidovun idarə etdiyi “VAZ-2121” və Tural Qaytaranovun idarə etdiyi “RAF” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Ə.Cəfərli, 333.1-ci maddəsi ilə C.Vahidov, 331.2-ci, 342.2-ci və 334.1-ci maddələri ilə isə T.Qaytaranov barəsində protokollar tərtib olunub.

Qaradağ rayon məhkəməsinin qərarı ilə Ə.Cəfərli 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 400 manat cərimələnib, Şirvan şəhər məhkəməsinin qərarı ilə C.Vahidov 10 ay müddətinə sürücülük hüququndan məhrum edilib, T.Qaytaranov isə 5 gün müddətdinə inzibati həbs edilib.

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »