Mavinin yeni çaları - bu, qarşıdan gələn 2022-ci ilin rəngi olacaq.
Bizimyol.info xəbər verir ki, Amerika Pantone Rəng İnstitutunun mütəxəssisləri bu qərarı barədə təşkilatın saytında məlumat verilib.
Mavinin yeni çaları "PANTONE 17-3938 Very Peri" adlanır. Ekspertlərin fikrincə, bu rəng bütün planetin və bəşəriyyətin yaşadığı zamanın və keçid dövrünün ruhunun simvoluna çevrilib.
"Gələn ilin rəngi qlobal mədəniyyətdə baş verənləri əks etdirir və insanların nəyə cavab almağa çalışdığını ifadə edir", - vitse-prezident Laurie Pressman İnstitutun qərarını belə izah edib.
"Daha yaxından baxsanız, "PANTONE 17-3938 Very Peri" mavi və bənövşəyi-qırmızı çalarlarını birləşdirir. Tədqiqatçılar tərəfindən təsəvvür edildiyi kimi, rəng yaradıcı ifadəni təşviq edən şənlik və dinamik mövcudluğu nümayiş etdirir", - deyə Pressman əlavə etdi.
Maraqlı bir müşahidə: şirkət qeyd etdi ki, insanlar karantin rejimindən çıxdıqca insanların stereotipləri və dəyərləri dəyişir. Bəşəriyyət üçün, xüsusən də yüksək texnologiyalarla əlaqəli yeni imkanlar açılır.
Xatırladaq ki, 2021-ci ilin əsas rəngləri tünd boz (Pantone 17-5104 Ultimate Grey) və parlaq sarı (Pantone 13-0647 Illuminating) idi.
Bizimyol.info
Посмотреть эту публикацию в Instagram