Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Konqres binasına silahla girən əməkdaş saxlanılıb
ABŞ-da Konqres binasına silahla girən əməkdaş saxlanılıb

ABŞ Konqresinin əməkdaşı binaya silahla girməyi bacarıb.

APA-nın xəbərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları hadisədən 4 dəqiqə sonra görüntüləri izləyərək xəbər tutublar.

Rentgen skanerindən keçən çantada tapança aydın görünür. Polis Konqresin 57 yaşlı əməkdaşını saxlayıb. O, ilkin ifadəsində silahı çantasında unutduğunu bildirib. Nəzarəti həyata keçirən mühafizəçilər barədə araşdırma başlanılıb.

Qeyd edək ki, ilin əvvəlində Tramp tərəfdarlarının törətdiyi iğtişaşdan sonra binada təhlükəsizlik sistemi təkmilləşdirilib .

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »