Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberqdən Rusiyaya daha bir çağırış
Stoltenberqdən Rusiyaya daha bir çağırış

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı Ukraynanın şərqindəki gərginliyi azaltmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Fridrix-Ebert Fondunun təşkil etdiyi "Zamanımızda Sülh Siyasəti" adlı paneldəki çıxışında deyib.

"Rusiyanı gərginliyi azaltmağa, geri çəkilməyə və niyyətləri ilə bağlı şəffaf olmağa çağırırıq", - Stoltenberq bildirib.

O, Rusiyanın mövcud gərginlikdə hərbi güc tətbiq etməyəcəyi, Avropada suveren və müstəqil dövləti olan Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyinə dair gözləntilərini dilə gətirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »