Daxili İşlər Nazirliyi (DİN) Ağdamda iki nəfər "Azərişığ" əməkdaşının bıçaqlanması barədə məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı APA-ya bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda araşdırma davam etdirilir.