Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski və Baydenin danışıqlarının təxmini vaxtı açıqlanıb
Zelenski və Baydenin danışıqlarının təxmini vaxtı açıqlanıb

Ukrayna prezidenti Vladimir Zelenski ilə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden arasında danışıqlar dekabrın 9-na  planlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov Facebook səhifəsində məlumat verib.

"Hörmətli həmkarlar, ABŞ prezidenti ilə söhbətimiz  Kiyev vaxtı ilə saat 19:30-a nəzərdə tutulub. Bu, ilkin vaxtdır, dəyişikliklər mümkündür", - deyə o bildirib.

Nikiforov bildirib ki, bundan əvvəl Ukrayna prezidenti Demokratiya Sammitində onlayn çıxış edəcək.

Xatırladaq ki, dekabrın 7-də ABŞ və Rusiya Federasiyası liderləri Co Bayden və Vladimir Putin arasında qapalı videobağlantıdan istifadə etməklə danışıqlar aparılıb. Bayden Rusiya Federasiyasının prezidentinə Ukrayna ilə sərhəddə hərbi aktivliyin artacağı təqdirdə qəti iqtisadi və digər tədbirlər barədə xəbərdarlıq edib.

Ötən gün Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Onlar prezidentlər Bayden və Zelenski arasındakı söhbətdən əvvəl mövqeləri razılaşdırıblar.

Daha əvvəl bildirilmişdi ki, Putinlə danışıqlardan sonra Baydenin prezident Zelenski ilə telefon danışığı nəzərdə tutulub. Danışıqlar üçün dekabrın 9-u təyin edilib.

Sentyabrda Zelenski ilə Baydenin iki saatda aryıq davam edən şəxsi görüşləri olub.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »