Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili istədiyindən artığına nail oluğunu deyib
Saakaşvili istədiyindən artığına nail oluğunu deyib

Gürcüstanın sabiq prezidenti, İslahatlar Milli Şurasının Ukrayna İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili hesab edir ki, onun Gürcüstana səfəri haqlı olub və öz nəticəsini verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "rianovosti" məlumat verib.

"Nəticələr hətta gözləntilərimi də üstələdi. Ümid etdiyimi aldım. Müxalifət birləşdi, həmişəki kimi seçkilər oğurlandı, amma hamı bilir ki, müxalifət bütün böyük şəhərlərdə qalib gəlib. Vəziyyət səngimir və biz qələbəyə doğru gedirik. Siyasətə çoxlu yeni adamlar qoşulub”, - Saakaşvili cümə axşamı mətni ictimaiyyətə açıqlanan “Novoye Vremya”ya yazılı müsahibəsində bildirib.

"Müstəqillik uğrunda mübarizədən sonra həmişəkindən daha çox insan məni dəstəkləmək üçün küçələrə çıxdı. Xalq məni azad edəcək - Ukrayna və beynəlxalq ictimaiyyətin təzyiqləri ilə birlikdə", - Saakaşvili əlavə edib.

Qeyd edək ki, Saakaşvilinin Ukrayna vətəndaşlığı var. Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl qeyd edib ki, Saakaşvilinin qaytarılması ilə şəxsən o və Ukrayna hakimiyyəti məşğul olacaq. Gürcüstan prokuroru Jarji Tsiklauri bildirib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsinə baxılmır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »