Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qidaların kalori miqdarını necə öyrənə bilərik?
Qidaların kalori miqdarını necə öyrənə bilərik?

Qarşıdan Yeni il gəlir. Hamı bacardığı qədər çalışır ki, Yeni il süfrəsini bol, göz oxşayan və qarın doyduran bir şəkildə hazırlasın. Salatlar, plov, kabablar, şirniyyat və s. oxşar dadlı qidalar artıq çəkidən əziyyət çəkənlərin pəhrizini pozmaqla yanaşı, bəzilərinin də artıq çəki yığmasına səbəb olur.

Gündəlik kalori ehtiyacı şəxsin çəkisini nəzarətdə saxlaması üçün qəbul etdiyi kalori miqdarıdır. Bu insanın cinsiyyətinə, yaşına, həyat tərzinə, boyuna və çəkisinə görə dəyişir. İnsanlar gündəlik kalori ehtiyaclarını Bədən Kütlə İndeksini hesablayaraq müəyyən edə bilərlər. Məsələn; boyu 1 metr 60 santimetr, çəkisi 63 kiloqram olan və hərəkətsiz həyat tərzi keçirən bir qadın gün ərzində 1550 kalori almalıdır. Hesablamalara görə, bu qadının çəkisi 56,8 kiloqram olmalıdır. Az miqdarda artıq çəkisi olan qadın, onun üçün hesablanmış kalori cədvəlinə uyğun hərəkət edərsə artıq çəki almaz.

Bəs qidaların neçə kalori olduğunu necə öyrənə bilərik?

Bu gün sizə bəzi qidaların kalorisi haqqında məlumat verəcəyik ki, qidalanan zaman nəyi nə qədər yeyəcəyinizi hesablaya biləsiniz.

Bir çoxumuz kababları, xüsusilə antrikotu sevirik. Bəs onun kalori dəyəri haqqında məlumatınız varmı? Mütəxəssislərə görə, 100 qram antrikotda 228 kalori mövcuddur. Antrikotun tərkibində karbohidrat olmur. Onun tərkibində 43 faiz protein, 57 faiz yağ var. Antrikot sağlam qida olsa da, tərkibində xolesterol olduğu üçün çox yeyilməsi məsləhətli deyil.

Bir pay çoban salatında 52 kalori var. Salatların kalorisi daha az olur. Salatlarda olan tərəvəzlər salatların az kalorili olmasını təmin edir. Bir pay çoban salatında 8 qram yağ və 1 qram protein var. Eyni zamanda bir pay çoban salatının tərkibində 56 mg C vitamini də var.

Meyvələrə gəldikdə isə, onların qida dəyəri yüksəkdir. Məsələn; 1 ədəd əncirdə 48 kalori var. Bir əncirin tərkibində 13 qram karbonhidrat və 0,49 qram protein var.

Şirniyyatlardan paxlavanın 1 ədədində 174 kalori var. Bir ədəd paxlava, adətən 40 qram olur. 100 qram paxalavada 62 qram karbonhidrat və 7 qram protein olur.

100 qram toyuq ətində 239 kalori var.

100 qram mandarin 53 kalori, 100 qram portağal isə 47 kaloridir. 100 qram alma 52 kalori, 100 qram çörək 266 kaloridir.

100 qram aşda 360 kalori var.

Qısacası, bayramda çəki almamaq üçün qidalanmaya önəm verməlisiniz. Bunun üçün sizin nə qədər kaloriyə ehtiyac olduğunuzu öyrənmək lazımdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »