Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq” əməkdaşının avtomobilinin yandırılması ilə bağlı rəsmi açıqlama
"Azərişıq” əməkdaşının avtomobilinin yandırılması ilə bağlı rəsmi açıqlama

"Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) baş verən hadisə ilə bağlı bildiririk ki, Lənkəran şəhər sakini Əliyev Sabir bu gün səhər saat 08.05 radələrində idarə binasının yaxınlığına gələrək “Azərişıq” əməkdaşı, nəzarətçi-mühəndis Kərimov Raufa məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobili yandırıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən Lənkəran şəhər sakini Əliyev Sabirə məxsus dülgər sexində hələ 2020-ci ilin aprel ayında sayğaca baxış keçirilən zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Kərimov Rauf tərəfindən akt yazılıb. Daha sonra “Azərişıq” ASC əməkdaşı həmin abonent tərəfindən fiziki təzyiqə məruz qalıb. Həmin şəxsin bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilmişdir. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunmuşdur.

Onud a qeyd edək ki, yanğın zamanı əməkdaşımız Rauf Kərimova məxsus avtomobil, həmçinin özünə və ailəsinə aid sənədlər tamamilə yanıb. Əməkdaşımız özü isə ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb.

Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı “Azərişıq” ASC tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.

"Azərişıq" ASC mətbuat xidməti

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »