Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq qurumların məlumatına görə, İranın neft ixracı artıb
Beynəlxalq qurumların məlumatına görə, İranın neft ixracı artıb

İslami Şura Məclisinin Enerji Komissiyasının Rəyasət Heyətinin üzvü beynəlxalq qurumların və neft tankerlərinin izlənməsi şirkətlərinin hesabatlarına istinad edərək deyib: İranın neft ixracatının göstəricisi əhəmiyyətli dərəcədə artıb.

Bizimyol.info xəbər verir ki, İRNA-nın verdiyi məlumata görə, Hüseyn Hüseynzadə Türkmənistanla üçtərəfli qaz mübadiləsi sazişinə toxunaraq əlavə edib ki, razılaşma bu ölkə ilə iqtisadi əməkdaşlığın canlandırılması və inkişaf etdirilməsini vəd edir. Bu da ABŞ-ın İranı regional qaz bazarından çıxarmaq planına mane ola bilər.

"Türkmənistanla iqtisadi əlaqələrin canlandırılması atılan mühüm addım idi. Biz qaz sazişi imzalamaqla Türkmənistanla əlaqələrimizi gücləndirdik və bu, şübhəsiz ki, ölkənin marağındadır. Bu müqavilə həm də diplomatiya sahəsində yaxşı açılışdır", - deyə o, əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »