Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailədə xəyanətə yol açan səbəblər hansılardır...
Ailədə xəyanətə yol açan səbəblər hansılardır...

Evlilik və münasibətlərin bəzilərində yaşanılan aldatmanın bir çox səbəbdən baş verdiyini bildirən mütəxəssislər, münasibətlərin inkişaf etdirilməsi və davam edə bilməsi üçün mütəmadi olaraq diqqətə və qayğıya ehtiyacı olduğunu qeyd edir.

Mütəxəssislər aldadılmanın qarşısının alınması üçün fərdlərin bir-birlərinə dəyər verməsini tövsiyyə edir.

Bəs aldatmanın başqa səbəbləri varmı? Məsələn; “tənha adam” sindromunu psixoloqlar qəbul edir. Mütəxəssislər cütlüklərin bilrikdə keyfiyyətli vaxt keçirmələrini, münasibətlərinə də zaman ayırmalarının olduqca önəmli oldğunu vurğulayır.

Psixoloq Leyla Zaman qeyd edir ki, bəzi evliliklərdə müşahidə edilən aldatmalar əsasən duyğu yoxsulluğu nəticəsində baş verir. Xəyanətlərin yaşandığı münasibətlərdə, münasibətdə olan qadın və ya kişinin duyğu yoxsulluğu yaşadığı və ehtiyaclarının ödənilməsində sıxıntıların olduğu, şəxsin öz əhatəsinə hörmət edilmədiyi, sərhədlərin yaradılmasına imkanların verilməməsi, bir tərəfin daima tələbkar davranması müşahidə edilir.

Psixoloq qeyd edir ki, münasibətlərin də qayğıya və diqqətə ehtiyacı var. “Şəxslərin qarşılıqlı olaraq özlərini dəyərli və güvəndə hiss etmələri əhəmiyyətlisir. Ancaq münaisbətlərinə diqqət yetirməyən, bir-birinin duyğu ehtiyacını ödəməyən fərdlərin münasibətlərində aldatmalar ola bilər. Belə ki, münaisbətin qarşılamadığı ehtiyacı kənardan alması, sevgi və qayğı göstərən birinin olması, aldatmaya, xəyanətə zəmin hazırlayır. Yəni bunu hər iki tərəf bilməlidir ki, bir qadına və ya kişiyə sənin vermədiyin qayğı, sevgini başqası verirsə, aldatma olacaq” - deyən psixoloq bildirir ki, cütlüklər arasında ünsiyyət problemləri, şəxslərin münasibətdən kənarda olan dünyaya daha çox diqqət yetirməsi zamanla öz partnyorundan uzaqlaşamasına səbəb ola bilər.

Monoton həyatın və münaisbətin içində olmaq partnyorlardan birinin bur vəziyyətdən yorulmasına və fərqli həyacanlar arxasınca qaçmasına səbəb ola bilər. Eyni zamanda intiqam almaq və ya cəzalandırmaq üçün də fərdlər bir-birini aldada bilir.

“Münasibətdə tərəflərdən biri digərinin canını yandıran və ya narahat edən davranış nümayiş etdirə bilər. Buna qarşılıq olaraq qarşı tərəf partnyoruna qarşı hirs, əsəb və aqressiya hiss edə bilər. Bundan sonra intiqam almaq və cəzalandırmaq üçün aldada bilər. Münasibətlərdə əsəb, gərginlik və hirsə səbəblər də müxtəlif ola bilər. Bəziləri yetərli qədər qayğı və diqqət görmədiyi zaman, bəziləri isə, aldadıldığı üçün aldada bilər” - deyən ekspert qeyd edir ki, münasibətlərdə cinsəl doyumun böyük yeri var.

Cinsi həyatında doyumsuzluq həm qadını, həm də kişini başqa partnyora yönləndirə bilər. Yəni əsas cinsi münasibətin sıxlığı deyil, keyfiyyətidir. Hamiləlik dövründə və doğuşdan sonra aldatma halları daha çox artır. Hamiləlik və doğuşdan sonrakı dövr cütlüklər üçün ən riskli dövrdür. Kişinin cinsi ehtiyaclarının qadın tərəfindən rədd edilməsi, kişinin həyat yoldaşını yetərli qədər cəzbedici görməməsi, artıq ana olduğu üçün həyat yoldaşını müqəddəsləşdirməsi və s. bəzi gizli səbəblərlə kişilər başqa partnyora üz tuta bilər.

Aparılan araşdırmalar, 22 yaşından əvvəl ailə quran qadınların və 24 yaşından əvvəl ailə quran kişilərin daha tez ayrıldığını sübut edir.

Erkən yaşlarda qurulan ailələrdə həyata və münasibətlərə başqa kontekstdən baxılması, istəklərinin həyatda yetərli qədər tətmin edilməməsi fərdləri aldatmağa sövq edir.

Aldatma səbəblərindən biri də fərqli həyat yaşama istəyidir. Məsələn, klimak və andropoz dönəmində qadın və kişilər aldatamağa daha çox meyilli olur. Fərdlər bu dövrdə həyatlarını yenidən gözdən keçriri və yaşamadıqlarını yaşamaq istəyirlər.

Bəzən şəxslərin münasibətləri ideal olsa belə, bağlanma qorxusu və digər qorxular fərdlərin bir-birindən imtina etməsinə səbəb olur:

“Problemlərinizi danışın, paylaşın. Sevilən şəxs tərəfindən rədd edilmək, yox sayılmaq qarşı tərəfə acı verir. Bu vəziyyət danışılıb həll edilmədiyi təqdirdə isə, bir müddət sonra acı çəkən tərəf münasibətdən uzaqlaşamağa başlayır”.

Aldatmanın da qarşısını almaq mümkündür. Bunun üçün birlikdə keyfiyyətli zaman keçirməli, tərəflərin bir-birinə layiq olduğu dəyəri verməsi vacibdir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »