Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəlbəcərdəki təxribatlar nəyə hesablanıb?
Kəlbəcərdəki təxribatlar nəyə hesablanıb?

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Məlumatda bildrilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub və baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Ermənistanın Kəlbəcərdə təxribatları əsasən Brüssel görüşü ərəfəsində böhran yaratmaq, Minsk qrupunun fəaliyyətini gündəmə gətirməklə Soçi Bəyannaməsindən yayınmaqdır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Ermənistanın Soçi görüşündən sonra atəşkəsə müəyyən dərəcədə riayət etdi. Amma görürük ki, Brüssül görüşü ərəfəsində yenidən təxribatlara əl atır. Ermənistan, Soçi Bəyənnaməsinin bədlərini yerinə yetirməmək, Brüsseldə Azərbaycanla görüşlərdə böhranı böyütmək, ATƏT-in misk qrupu və digər əlavə şərtlər irəli sürməklə prosesi pozmağa çalışır.

Əgər Ermənistan tərəfi konkret olaraq, müqavilə pozucu fəaliyyəti həyata keçirəcəksə, təbii ki, Brüssül görüşünə Azərbaycan qatılmaya bilər. Vəziyyət həddindən artıq gərgindir. Ermənistan tərəfi heç bir razılaşmaya əməl etmək istəmir. Baxmayaraq ki, 10 noyabr, 11 yanvar və 26 noyabr bəyənnamələri var və Ermənistan öhtəlik götürüb, amma bu öhtəlikləri yerinə yetirmir. Yerinə yetirməməyinin əsas səbəbi ondan ibarətdir ki, Ermənistan tərəfi əlavə, özünə uyğun şərtlər əldə etməyə çalışır. Bunu isə təxribatlar yolu ilə həyata keçirməyi planlayır. Bu da Azərbaycan tərəfinin adekvat addımları nəticəsində alınmır.

Erməni lobbisi Brüssel görüşünə çalışırdı, amma Soçi Bəyənnaməsi demək olar ki, bu görüşün üstündən xətt çəkdi. Azərbaycanın təklif etdiyi bəndlər, Soçi Bəyənnaməsi qəbul edildi, Ermənistan tərəfinin heç bir şərti qəbul olunmadı. Ermənistan tərəfi, Brüssel görüşündə Qarabağ, status məsələsini danışıqlar masasına gətirmək istəyirdi. Azərbaycan tərəfi isə qəti olaraq, buna razı ola bilməzdi. Ona görə də bu cür pozucu fəaliyyətə başlayıb vaxt qazanmağa, vəziyyəti gərginləşdirməyə çalışır. Təbii ki, bunlar da Ermənistanın lehinədir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »