CHP sədri Kamal Kılıçdaroğlu TBMM-də büdcə müzakirələrində çıxışı zamanı etdiyi əl jesti gündəmə çevrilib. Həmin görüntülər sosial media hesablarında paylaşılaraq, fərqli istiqamətlərə çəkilib və Kılıçdaroğlunun əl jestinin söyüş anlamına gəldiyi ilə bağlı müzakirələr meydana gəlib.
Bizimyol.info xəbər verir ki, CHP lideri gündəm olan əl hərəkətinə aydınlıq gətirmək üçün jurnalistlərin "o müəyyən əl jestini etmək istəyirdiniz?" sualına cavab verib və o, bildirib ki, “yox, mən heç vaxt bunu nəzərdə tutmamışam, əllərimə yox, sözlərimə baxsınlar”.
Bundan əlavə Kılıçdaroğlu Ərdoğanın büdcəni təqdim etməməsinə də münasibət bildirib.
"Əgər bir nəfərlik hökumətdirsə, o bir nəfər gələcək parlamentə və büdcəni təqdim edəcək. O bir nəfər büdcənin arxasında dayanmalıdır. Bizim suallarımıza isə açıq və tam şəkildə cavab verməlidir"- deyə bildirib.
Leyla, Bizimyol.info