Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergen Yalçın "Beşiktaş"dan istefa verib
Sergen Yalçın "Beşiktaş"dan istefa verib

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın istefa ərizəsini rəhbərliyə təqdim edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, hələlik rəsmi açıqlama verilməsə də, administrasiyanın istefanı qəbul etdiyi iddia edilir.

Sergen Yalçının Beşiktaşdakı uğursuzluqlardan sonra istefaya qərarı verdiyi iddia edilib. Bu çərçivədə bu gün prezident Əhməd Nur Çebi ilə Sergen Yalçın arasında görüş keçirilib. Görüş nəticəsində Sergen Yalçının istefa verdiyi öyrənilib.

"Beşiktaş"ın saat 12:00-da başlayacaq məşqini köməkçi məşqçi Murat Şahin idarə edir.

Kluba yeni çalışdırıcı namizədlər arasında Şenol Güneş, Mehmet Özdilek və Samet Aybaba kimi yerli məşqçilərin adları çəkilir.

Qeyd edək ki, Sergen Yalçının rəhbərliyi altında bu mövsüm "Beşiktaş" 21 rəsmi matçda 6 qələbə, 3 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb. Sergen Yalçın Beşiktaşın başında cəmi 79 matça çıxıb, 45 qələbə, 24 məğlubiyyət və 10 heç-heçə əldə edib.

Yalçın “Beşiktaş”da 2 kubok, 1 Super Liqa və 1 Türkiyə Kuboku qazanıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »