Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail və ABŞ müdafiə nazirləri İranın nüvə proqramını müzakirə edəcəklər
İsrail və ABŞ müdafiə nazirləri İranın nüvə proqramını müzakirə edəcəklər

İsrailin müdafiə naziri Benni Qantz bildirib ki, o, amerikalı həmkarı Lloyd Ostin və dövlət katibi Entoni Blinkenlə ABŞ-a gözlənilən səfəri zamanı bölgədə İsrailin üstünlüyünü qoruyub saxlamağın yollarını, həmçinin Tehranın hücumların qarşısını almaq üçün mümkün variantları müzakirə etmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri Vaşinqtona gedərkən "Twitter"də hesabında yayıb.

"Mən ABŞ-da mühüm səfərdəyəm, burada müdafiə naziri Ostin və dövlət katibi Blinkenlə görüşəcəyəm. Görüşlərdə İsrailin regionda hərbi-texnoloji üstünlüyünü qoruyub saxlamağın yolları və təhlükəsizlik çağırışları, o cümlədən İranın müdafiəsi ilə bağlı məsələ müzakirə olunacaq. Gəlin İranın nüvə silahı yaratmaq cəhdlərini dayandırmağın mümkün variantlarını araşdıraq”, - deyə Qantz yazıb.

Reuters-in yüksək rütbəli amerikalı rəsmiyə istinadən verdiyi məlumata görə, İsrail və ABŞ müdafiə rəhbərləri danışıqların nəticəsiz qalacağı təqdirdə İranın nüvə obyektlərinin zərərsizləşdirilməsinə hazırlaşmaq üçün Vaşinqtonda birgə hərbi təlimlərin keçirilməsi məsələsini müzakirə edəcəklər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »