Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Avropa ilə hərbi və diplomatik əlaqələri kritik görüşdən sonra artıb
ABŞ-ın Avropa ilə hərbi və diplomatik əlaqələri kritik görüşdən sonra artıb

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra ABŞ administrasiyasının Avropa ölkələri ilə hərbi və diplomatik əlaqələri intensivləşib.

Bizimyol.info "haberturk"ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Şurasının sədri Çarlz Mişel ilə Rusiyanın Ukrayna sərhəddində silahlanma vəziyyətini müzakirə edərkən, ABŞ Baş Qərargah rəisi Mark Milley fransalı və polşalı həmkarları ilə eyni məsələni müzakirə edib.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada Blinkenin NATO-nun baş katibi Stoltenberqlə görüşdüyü bildirilib.

“İki rəsmi prezident Bayden və Rusiya prezidenti Putin arasında dekabrın 7-də baş tutan görüşü və Rusiyanın Ukraynaya qarşı artan təcavüzünə cavab olaraq NATO-nun variantlarını müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyindən verilən digər açıqlamada Blinkenin Avropa Şurasının sədri Çarlz Mişel ilə də görüşdüyü bildirilib.

Bəyanatda qeyd olunub ki, nazir Blinken və Çarlz Mişel ABŞ və Avropa İttifaqının Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini təkrarlayıblar. Onlar Rusiyanın Ukrayna ətrafında qoşunların toplanması ilə bağlı narahatlığı müzakirə ediblər. Diplomatlar Rusiya üçün gərginliyin azaldılmasının və münaqişəni dic yolla həll etməsinin ən yaxşı variant olacağını bildiriblər.

Digər tərəfdən ABŞ Birləşmiş Qərargah Rəisləri tərəfindən verilən iki açıqlamada Baş Qərargah rəisi general Mark Millinin Fransa Baş Qərargah rəisi general Thierry Burkhard və Polşa Baş Qərargah rəisi general Rajmund Andrzeyczak ilə görüşdüyü açıqlanıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »