Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naftalanda dələduzluq edən şəxs saxlanılıb
Naftalanda dələduzluq edən şəxs saxlanılıb

Naftalan şəhər sakini Polis Şöbəsinə müraciət edərək, Nicat adlı şəxsin ona banklardan kredit götürməkdə kömək edəcəyinə vəd edərək ondan dələduzluq yolu ilə 455 manat pul alıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Hüseynli saxlanılaraq Naftalan şəhər Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi dələduzluğu etiraf edib.

Nicat Hüseynlinin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102” Zəng Mərkəzinə, Naftalan şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Son xəbərlər
Bütün xəbərlər »