Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya səfirliyi ABŞ senatorunun sözlərini məsuliyyətsizlik adlandırıb
Rusiya səfirliyi ABŞ senatorunun sözlərini məsuliyyətsizlik adlandırıb

"ABŞ senatoru Rocer Uikerin (respublikaçı, Missisipidən) Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı bəyanatları məsuliyyətsizliyin sübutudur".

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

"Biz respublikaçı senator Rocer Uikerin dekabrın 7-də "Fox News"a verdiyi açıqlamalaraı diqqətlə izlədik. Ukraynanın daxili böhranı ilə bağlı vəziyyəti şərh edən qanunverici ABŞ prezidentinə vəziyyət gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı hərbi əməliyyatların, o cümlədən nüvə silahından istifadə etməyi tövsiyə edib. Bu cür bəyanatlar məsuliyyətsizlikdir. Bu kəs savadsızlara Rusiya və ABŞ prezidentlərinin 16 iyun 2021-ci il tarixli birgə bəyanatını götürüb diqqətlə oxumağı tövsiyə edirik. Bu sənəd iki ölkənin nüvə müharibəsində qalibin ola bilməyəcəyi və onun heç vaxt açılmaması prinsipinə sadiqliyini təsdiqləyir”, - diplomatik missiyanın Facebook səhifəsində dərc edilmiş şərhdə deyilir.

Səfirlik bu vəziyyətdə amerikalı siyasətçinin kimin maraqlarını müdafiə etdiyi sualını verib. "Maraqlıdır ki, qanunverici tərəfindən təmsil olunan Missisipi ştatında Lockheed Martin, Northrop Grumman, Raytheon, General Atomics (hərbi sənaye kompleksinin şirkətləri) və s. ofisləri fəaliyyət göstərir. Bununla bağlı suallar yaranır. Senator kimin maraqlarını müdafiə edir, müharibəyə çağırış ukraynalıların, yoxsa ABŞ hərbi-sənaye kompleksini xeyrinədir? - mesajda qeyd olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »