Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya "S-400"lərin növbəti partiyasını Türkiyəyə vermək niyyətindədir
Rusiya "S-400"lərin növbəti partiyasını Türkiyəyə vermək niyyətindədir

Rusiya Türkiyəyə "S-400" zenit-raket komplekslərinin əlavə partiyasını tədarük etmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın "ANT1" telekanalına müsahibəsində bildirib.

Rusiyanın Türkiyəyə "S-400" hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını tədarük edib-etməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib: "Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və bunun baş tutacağına ümid edirik. Ümid edirik ki, bəli, bu olacaq".

Kanalın müxbiri Peskovdan soruşub ki, ABŞ sanksiyalarına baxmayaraq, Rusiyanın Türkiyəyə "S-400" hava hücumundan müdafiə sistemi verməkdə xüsusi marağı nədir? "Biz hamımız bilirik ki, ABŞ bu sanksiya oyununu oynamağı xoşlayır, baxmayaraq ki, biz başa düşürük ki, onlar heç vaxt öz məqsədlərinə çatmırlar. Onlar heç vaxt heç bir ölkəni fikirlərini dəyişməyə nail ola bilməyiblər. Bizim siyasətimiz ondan ibarətdir ki, biz müxtəlif ölkələr, xüsusən də tərəfdaşlarımızla əməkdaşlığa açıqıq. Rusiya və Türkiyə arasındakı bu cür əməkdaşlıq heç bir ölkə üçün, xüsusən də Yunanıstan üçün təhlükə olmamalıdır, çünki bu sistem hücum deyil, müdafiə xarakteri daşıyır, 100% müdafiə xarakteri daşıyır”, - deyə prezidentin mətbuat katibi bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »