Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polad Bülbüloğlu Fransanın Rusiyadakı səfiri ilə görüşüb
Polad Bülbüloğlu Fransanın Rusiyadakı səfiri ilə görüşüb

Dekabrın 8-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Pyer Levini onun xahişi ilə qəbul edib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Səfiri fransalı həmkarı ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının müddəalarının icrası ilə bağlı fikir mübadiləsi aparıb. Eyni zamanda söhbət əsnasında 26 noyabr 2021-ci il tarixində Soçidə keçirilmiş yüksək səviyyəli üçtərəfli görüşün nəticələri müzakirə olunub.

Səfir Pyer Levi qəbula görə təşəkkürünü bildirərək, post münaqişə, xüsusilə də Soçi görüşündən sonrakı vəziyyətə dair ölkəmizin mövqeyi ilə maraqlanıb.

Polad Bülbüloğlu ölkəmizin Prezident İlham Əliyevin qeyd etdiyi kimi sülh prosesinə hazır olduğunu bildirərək, bu kontekstdə sözügedən bəyanatların bəndlərinin Azərbaycan tərəfindən yerinə yetirilməsi məqsədi ilə praktiki addımların atıldığına baxmayaraq, Ermənistan tərəfindən bu öhdəliklərin hələ də icra olunmadığını vurğulayıb.

Ermənistanı mövcud reallıqla barışmalı olduğunu və tezliklə regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyini önə çəkən Səfir, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən İşçi qrupun keçirildiyi görüşləri qeyd edərək bu xüsusda, bölgədə nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasının buradakı ölkələr üçün yeni imkanlar yaradacağına, əməkdaşlıq və sülhə xidmət edəcəyinə əminliyini ifadə edib.

Soçidə baş tutmuş Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə toxunan Polad Bülbüloğlu həmsöhbətinin nəzərinə çatdırmışdır ki, bu görüş Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması baxımından olduqca vacib görüş olmuşdur və məhz liderlərin birbaşa təmasları müsbət nəticə verə bilər.

Daha sonra Fransalı Səfir iki ölkə arasında delimitasiya prosesinin detalları barəsində ona məlumat verilməsini xahiş edib.

Ölkəmizin Səfiri Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı müvafiq təmasların baş tutduğunu diqqətə çatdıraraq, ikitərəfli komissiyanın tezliklə yaradılmasının zəruriliyini qeyd edib və bu prosesin başlaması Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində əhəmiyyətli addım olacağını önə çəkib. P.Bülbüloğlu Azərbaycan tərəfinin bu məsuliyyətli işə hazır olduğunu bildirib.

Eyni zamanda, Polad Bülbüloğlu azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat verərək, Füzuli şəhərində cəmi 8 ay ərzində beynəlxalq hava limanının inşa edildiyini, eləcə də qısa müddət ərzində yeni və müasir standartlara cavab verən “Zəfər yolu”nun istifadəyə verildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycanın Səfiri fransalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə edib.

Fransalı Səfir Pyer Levi maraqlı və faydalı görüşə görə öz təşəkkürünü bildirib.

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »