Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fitch” neft qiymətlərinə dair proqnozunu yeniləyib
“Fitch” neft qiymətlərinə dair proqnozunu yeniləyib

“Fitch Ratings” beynəlxalq agentliyi yaxın dövr üçün neft qiymətlərinə dair proqnozunu artırıb.

“Report” xəbər verir ki, agentliyin dekabr ayına aid proqnoz hesabatına görə “Brent” markalı neftin 2021-ci ildəki orta qiyməti sentyabr proqnozundakı 63 ABŞ dollarına qarşı 71 ABŞ dolları, 2022-ci ildə 55 ABŞ dollarına qarşı 70 ABŞ dolları, 2023-cü ildə isə 53 ABŞ dollarına qarşı 60 ABŞ dolları nəzərdə tutulub.

Ötən il 43,3 ABŞ dolları təşkil edən neftin orta qiyməti 2016-2020-ci illər ərzində 55,8 ABŞ dolları səviyyəsində olub.

Son xəbərlər
Bütün xəbərlər »