Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: NATO Ukraynanı əzir, bu, Rusiyanın qırmızı xəttidir
Peskov: NATO Ukraynanı əzir, bu, Rusiyanın qırmızı xəttidir

Şimali Atlantika Alyansı Rusiya üçün qırmızı xətt olan Ukraynanı tədricən darmadağın edir.

Bizimyol.info xəbər verir ki, bunu “İzvestiya”yaaçıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya heç kəsi təhdid etmir. Rusiya özünün sərhədlərinə doğru yayılan sürünən təhlükəyə qarşı tədbirlər görür. Biz görürük ki, NATO Ukraynanı yavaş-yavaş öz təsiri altında alaraq əzməyə başlayır. Rusiya üçün bu, qırmızı xəttdir", - deyə Peskov bildirib.

Qərbin Rusiya Federasiyasından Ukraynaya hərbi təhdid olması ilə bağlı bəyanatlarına münasibət bildirən Peskov qeyd edib ki, Rusiya öz ərazisində hərbi manevrlər həyata keçirir.

"Hər halda, Rusiya, etdiyi hər şey, Rusiya Federasiyasının ərazisində edilir. Latın Amerikasından harasa gələn bizim əsgərlər deyil, bura gələn Amerika əsgərləridir, bu, böyük fərqdir", - deyə Kremlin sözçüsü bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »