Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qucaqlaşmaq ağrını kəsmək gücünə malikdir"
"Qucaqlaşmaq ağrını kəsmək gücünə malikdir"

"Qucaqlaşarkən beyin, bədəndə sevinc və eyforiya hisslərinə cavabdeh olan endorfinlər istehsal edir. "Stress hormonu" - kortizolu neytrallaşdıran dopamin və serotonin hormonları istehsal olunur”. Bu barədə Ukrayna Dneprin “Qorilka+” jurnalının redaktoru Mixail Aroşenko deyir. Onun sözlərinə görə, kanadalı tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm qucaqlaşanlar daha yavaş qocalır. Onların ömrü qucaqlaşmaqdan çəkinənlərə nisbətən ümumiyyətlə 3 il daha uzundur.

Qucaqlama zamanı ifraz edilən oksitosin hormonu eşq, sevgi kimi duyğuların qaynaqlarından biri olub, immun sistemin güclənməsinə təsir edir. Canımız sıxılanda, darıxanda qucaqlaşmaq əsəbələrimizi sakitləşdirir. Qucaqlayıb gözlərimizi yumuruq, sanki dünyanın xoşbəxti bizik. Bəzən isə, bu hissi yaşaya bilmək üçün kimisə tapa bilmirik.

Mütəxəssislərə görə, qucaqlamaq sevgini hiss etdirməyin yeganə üsuludur. İnsanlar, bir-birinə aralarında olan sevgini ən rahat şəkildə qucaqlayaraq hiss etdirə bilirlər. Sevgi, dostluq, həsrət, şəfqət kimi bir çox duyğu bu hərəkətlə özünü biruzə edə bilir.

Qucaqlamaq, sevdiklərimizlə aramızdaki bağı qüvvətləndirir və tək olmadığımızı bizə dəstək olan birinin olduğunu hiss etdirir.

Araşdırmalara görə, 20 saniyəlik qucaqlaşmaq insan bədəninə böyük təsir edir.

Psixoloq Nərmin Abdullayevanın sözlərinə görə, qucaqlaşmaq sağlamlığa da böyük təsir edir. İmmun sistemi gücləndirir. Sevdiyimiz birini qucaqladığımız zaman isə, bədənimiz oksitosin hormonu ifraz edir. Sağlamlıq üçün olduqca önəmli olan oksitosin həm kişiıərdə, həm də qadınlarda hipofiz vəzisinin arxa tərəfindən ifraz edilən və xoşbəxtlik, eşq, sevgi kimi duyğuların qaynağlarından biri olan hormondur.

“Qucaqlama zamanı əmələ gələn oksitosin immun sisteminin güclənməsinə səbəb olur. İmmun sistemi güclənən zaman isə, bədən xəstəlikərə və infeksiyalarla daha asan savaşır. Həkimlər, xərçəng xəstələrinə immun sistemin gücləndirilməsi üçün yaxınları və sevdikləri ilə qucaqlaşmağı tövsiyyə edirlər” - deyən psixoloq bildirir ki, qucaqlaşma ürək xəstəliyinə də faydalıdır. Çünki qucaqlaşma zamanı yaranan oksitosin, ürək xəstəliyinə yoluxma riskini xeyli azaldır. Belə ki, 20 saniyəlik qucaqlaşma qan təzyini azaldır vı ürək atışlarını tənzimləyir.

Qucaqlaşma, ağrıya-acıya olan dözümü də artırır. İnsanları daha pozitiv düşünməyə yönləndirir.

“Qucaqlaşma depressiya, stress, əsəbilik kimi zehni problemləri aradan qaldırır. Sevdiyimiz birini qucaqlamaq özümüzü xoşbəxt və rahat hiss etməyimizə səbəb olur. Yaşadığımız hər bir sıxıntıya sevdiyimiz insanı qucaqlamaqla qalib gələ bilərik. Qucaqlaşma zamanı toxunma, beyinlə birbaşa əlaqədə olan “affrent c” bədən sinirlərini hərəkətləndirir. Bu sinrilər beyinlə əlaqəyə girir və endorfin ifrazı başlayır. Endorfin isə ağrı-acını kəsən gücə malikdir”,- deyən psixoloq qeyd edir ki, normal yaşaya bilmək üçün gün ərzində ən az 4 dəfə qucaqlaşmaq lazımdır.

Qucaqlaşmanın faydaları çox olduğu üçün bir neçə il əvvəl Varşavada qucaqlaşmaq istəyənlər üçün xüsusi mərkəz açılıb. Mərkəzin yeddi əməkdaşı, saatı 40 manata qucaqlaşma seansı keçirir, bu müddət müştərinin istəyinə bağlı olaraq artırılıb azaldıla bilər. Yəni, qucaqlaşmaq insanların sağlamlığı üçün bu qədər vacibdir.

Araşdırmalar sübut edir ki, hətta insan ən yaxınının ölümü zamanı belə, bir başqası tərəfindən qucaqlanırsa, acısı sakitləşə bilir.  Odur ki, sevdiklərinizi qucaqlayın. Özünüz də xoşbəxt olun, onlara da bu hissi yaşadın.

Qucaqlaşmaq gözəl hissdir, gözəl yaşayın…

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »