Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
"Yer yarıldı" - çinli qadın marketə düşdü - Video

Çində gənc qadın evdə tullanıb düşməsinə döşəmə tab gətirməyib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qəfildən aşağı mərtəbədəki marketə düşüb. Gənc qadının həmin anları marketin təhlükəsizlik kamerasına düşüb.

Gənc qadının evdə həddindən çox atılıb düşdüyü və döşəmənin onun davamlı hərəkəti nəticəsində çökdüyü iddia edilib. Qəribə hadisə marketin təhlükəsizlik kamerasına saniyə saniyə əks olunub.

Görüntülərdə, qəflətən mağazanın tavanı çökür, oradan düşən qadın bir müddət tavandan asılı vəziyyətdə qalsa da, ağırlığını saxlaya bilməyərək mağazadakı mallar yığılmış rəfin üzərinə və oradan da yerə düşür. Qəribədir ki, səsə gələn market işçisi və başqa bir qadın ona yaxınlaşıb kömək etmək əvəzinə, kənarda dayanıb hadisəyə tamaşa ediblər. Qadın özü yıxıldığı yerdən duraraq marketi tərk edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »