Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TBMM-də büdcə müzakirəsi zamanı gərgin anlar yaşanıb - Video
TBMM-də büdcə müzakirəsi zamanı gərgin anlar yaşanıb - Video

TBMM-də büdcə müzakirələrinin üçüncü günü gərginliklə başlayıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-li Erkan Aydının kürsüdə daxili işlər naziri Süleyman Soyluya “Sezgin Baran Qorxmazın təyyarəsinə mindin”, deməsi, nazir Soylunun da ona “saxtakar” deməsindən sonra gərginlik daha da artıb. Deputatlar arasında mübahisə genişlənib və iclasda 10 dəqiqəlik fasilə yaranıb.

Məclisdə büdcə müzakirələri 3-cü gündə Daxili İşlər Nazirliyi və Sənaye və Texnologiya Nazirliyinin 2022-ci il büdcələri ilə davam edib.

Nazir Soylu CHP Bursa millət vəkili Erkan Aydına reaksiya verib. CHP millət vəkilləri Soyluna reaksiya göstərərək, Soylunun olduğu komissiya masalarına doğru gediblər. Bun zaman AK Partiya və MHP millət vəkilləri araya girib. AK Partiya ilə CHP millət vəkilləri arasında gərginlik artıb. Türkiyə Böyük Millət Məclisinin sədr müavini Süreyya Sadi Bilgiç iclasa fasilə verib. Bu arada müzakirələr davam etdirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »