Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı bürc hansı hərəkəti heç vaxt bağışlamır - Ehtiyatlı olun...
Hansı bürc hansı hərəkəti heç vaxt bağışlamır - Ehtiyatlı olun...

İnsnaların həyata baxışı müxtəlifdir. Bəziləri bürclərə inanır, həyatını bürclərə görə qurur. Bəziləri isə, bunun uydurma olduğunu düşünüb həyatını öz qaydaları əsasında davam etdirir.

Astrologiyaya görə, bürclərin xüsusiyyətləri, sevib sevmədikləri müxtəlifdir. Həyata baxışı fərqli olan bürclərin nəyə əsəbləşdikləri, niyə qisas aldıqları, nəyi unuda bilmədikləri də fərqlidir.

İndi özümüzü düşünək, nəyi bağışlaya bilmirik? Nəyə güzəştə gedə bilirik? Özümüzü bildik. Bəs ətrafımızdakı insanlar nəyi sevmir, nəyi bağışlamır? Qısacası, fərqli bürclərin nümayəndələri nəyi bağışlamır? Bu dəfə sizə bürclərin bağışlama xüsusiyyətindən qısaca olaraq bəhs edəcəyik.

Qoç bürcü

Qoç bürcü altında doğulan insanlar üçün dürüstlük və düzgünlük çox önəmlidir. Buna görə də, onlar şəffaflığa üstünlük verirlər.

Buğa bürcü

Buğa bürcü altında doğulanların etibara, inama, güvənə böyük ehtiyacları olur və buna önəm verirlər. Həyatlarını da bu güvən, bu etibar üzərində qurarlar. İnsanlar, Buğaların güvənini qırdıqları zaman, Buğa qisas alan düşmənə çevrilməz. Yenə də, bunu əsla unutmaz və bağışlamazlar.

Əkizlər bürcü

Əkizlər bürcü, ona hörmət edilməsinə və dəyər verilməsinə böyük önəm verir. Bu bürcün bağışlamadığı davranışlar; aşağılanmaq, alçaldılmaqdır. Aşağılanmaq, alçaldılmaq bu insanları dəliyə döndərə bilər.

Xərçəng bürcü

Xərçəng bürcü, hörmətsizliyi bağışlamır. Özü hər kəsə hörmət etməyə çalışan Xərçəngi itirmək istəmirsinizsə, bu səhvə yol verib ona hörmətsizlik etməyin.

Şir bürcü

Şir bürcü özü çox zaman öz həddini bilməsə də, insanların həddini bilməməsini bağışlamaz. Necə deyərlər “Mənə olar, başqasına yox” düşüncəsi ilə yaşayan şir bürcü nümayəndələri, sərhədləri aşan insanlara nifrət edərlər.

Qız bürcü

Sevimli bürc olan Qız bürcü, təhqiri sevmir. Onları təhqir etsəniz, bəlkə sakit qalıb üzünüzə baxarlar. Amma sizin bu davranışınızı əsla unutmaz və bağışlamazlar.

Tərəzi bürcü

Tərəzi bücü altında doğulanlar, haqsızlığı bağışlamırlar. Haqq və hüquqlara böyük dəyər verən Tərəzilərə qarşı haqsız olsanız, onlar sizi əsla bağışlamaz.

Əqrəb bürcü

Əqrəb bürcü xəyanəti sevməz. Bəlkə həyatda hər şeyi unuda bilər, ancaq xəyanəti nə unudar, nə də bağışlayar. Əqrəb bürcünün nümayəndələri qisasçı xarakterə malikdir.

Oxatan Bürcü

Bu bürc altında doğulanlar isə, inandıqları nəsnələrə hörmətsizliyi bağışlaya bilmirlər. Məsələn, inancına toxunsanız, onları itirə bilərsiniz.

Oğlaq bürcü

Əgər Oğlaq bürcündən dərhal uzaqlaşmaq istəyirsinizsə, ona şər-böhtan atın. Bir də üzünü görməyəcəyinizə əmin ola bilərsiniz.

Dolça Bürcü

Dolça bürcü altında doğulanlar, yalana nifrət edərlər. Yalan danışanları həyatlarından çıxarır və niyə çıxardıqlarını da əsla unutmazlar.

Balıq bürcü

Balıq bürcü altında doğulanlar isə, azadlığı sevirlər. Kimsə onun azadlığını əlindən almaq istəyərsə, Balığı birdəfəlik itirə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »