Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zaman keçdikcə vəziyyət daha da dəyişəcək"
"Zaman keçdikcə vəziyyət daha da dəyişəcək"

Fırtınalar, qasırğalar, sellər meşə yanğınları iqlim böhranının əlamətləridir. Bu il qonşu Türkiyənin böyük bir hissəsinə təsir edən fırtına səbəbilə 5 nəfər dünyasını dəyişib, 49 nəfər xəsarət alıb. Təkcə İstanbulda 327 binanın damı uçdu, 1517 ağac kökündən qopdu, 1171 təhlükəli hissələr ayrılaraq yerindən qopub, 274 işıqfor və yol işarəsi düşüb və 63 avtomobil zərər gördü. Fırtına o qədər şiddətli idi ki, gözlənilməyən nəticələri üzə çıxdı.

Dünya Meteorologiya Təşkilatı şiddətli fırtınalar, dağıdıcı sellər və meşə yanğınlarını yeni normal kimi qəbul edib. Çünki iqlim dəyişikliyi istilik dalğalarını artırır. İsinən hava buxarlaşmanı artırır, bu da quraqlığa səbəb olur. Quraqlıq, tez alışmağa meyilli quru sahələr və meşələrin yaranmasına səbəb olur.

İqlim dəyişikliyi, atmosferdəki su buxarını artıraraq yağış və qar fırtınalarının gücünü və sayını artırır. Məsələn; elm adamları 2017 -ci ildə Harvey qasırğasını araşdırdıqları zaman qlobal istiləşmənin və bunun kimi hava hadisələrinin yaşanma səviyyəsini üç dəfə artırdığını müəyyən ediblər. Belə ki, havalar istiləşməyə başladıqca 4 və 5 ci kateqoriyada olan fırtınaların gücü artır. Yaranan istilik fərqləri səbəbilə fırtınaların gücü artır. Cənub və Şimali Avropa arasında istilik fərqinin 67 dərəcəyə qədər yüksəlməsi ilə belə hava hadisələri baş verir. Dəniz səviyyəsinin yüksəlməsi də şiddətli fırtınalara və sellərə səbəb olur.

Mütəxəssislərin fikrincə, 1900-cü ildən bu günə qədər dəniz səviyyəsindəki artımın yarısına insan qaynaqlı iqlim dəyişiklikləri təsir edib. Okeanlarda buzların əriməsi dənizlərin səviyyəsini artırır. Son iki min ildə dəniz səviyyələri artmaqda davam edir. Artım belə davam edəcəyi təqdirdə, təqribən 2100-cü ilə qədər 630 milyon insan öz yaşayış yerini itirə bilər.

Son illərdə Avropada və Türkiyənin bəzi ərazilərində iqtisadiyyata və insanlara zərər verən güclü sellər, fırtınalar müşahidə edilib. Kanadada və ABŞ-ın bəzi ərazilərində istilik 54,4 dərəcə yüksəlib. Çinin bir bölgəsində bir neçə aylıq yağış norması bir gündə yağdı. Tropik Cənubi Amerikada çay hövzələrinin axışı azaldığı üçün kənd təsərrüfatı, əkinçilik, nəqliyyat və enerji istehsalı zərər gördü.

Qeyd edək ki, Azərbaycanda da son 20 ildə doludüşmə proseslərinin intensivliyi 5-6 dəfə, artıb. Abşeron yarımadasında son 30 ildə sürəti saniyədə 25 metrdən artıq olan güclü küləkli günlərin sayı artmaqdadır.

Umayra Tağıyeva Umayra Tağıyeva

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, son illərin meteoroloji tədqiqatlar göstərir ki, ildən-ilə qış aylarında soyuq günlərin sayı azalır, normadan yüksək isti günlərin sayı artır. Azərbaycanda da şaxtalı, qarlı günlərin sayı azalır və qışın daha mülayim keçməsi müşahidə olunur. Belə ki, iqlim dəyişmələri nəticəsində atmosfer sirkulyasiyasında baş verən transformasiyalar fəsildən asılı olmayaraq qısa müddətli və ya daha davamlı kəskin hava-iqlim anomaliyaları ilə özünü büruzə verir.

Ekoloq Vaqif Əliyev deyir ki, iqlim dəyişikliyinin əsas səbəbi antropogen amillərdir. Bura göydələnlərin tikilməsi, yaşıllıqların məhv edilməsi, şəhərlərə axın, nəqliyyat vasitələrindən çox istifadə, zavod və fabriklərin təbiətə verdiyi zərər və s. daxildir.

“Dünyada aparılan araşdırmalar göstərir ki, zaman keçdikcə vəziyyət daha da dəyişəcək. Havaların istiləşməsi quraqlıqlara səbəb olacaq. Bu isə, öz növbəsində bəşəriyyətə zərər verəcək” - deyə ekoloq əlavə edib.

İqlim dəyişikliyinin qarşısını almaq üçün isə, səbəbləri aradan qaldırmaq lazımdır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »