Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QİÇS-in ilkin əlamətləri hansılardır
QİÇS-in ilkin əlamətləri hansılardır

İlk dəfə 1980 -cı illərin əvvəllərində ortaya çıxan və 1982-ci ildə epidemiya halına gələn və qaynağı hələ də elmə məlum olmayan QİÇS -ə səbəb olan İİV səbəbilə dünyada hər il yüzminlərlə insan dünyasını dəyişir. Təkcə keçən il 680 min nəfər bu xəstəlikdən ölüb və bunun 460 mini Afrikada baş verib. QİÇS -in mənası Qazanılmış İmmun Çatışmazlığı Sindromu deməkdir. İİV -isə insan immun çatışmazlığı virusudur.

İnsanlar bu xəstəlikdən təkcə qorxmur, eyni zamanda bu xəstəliyə yoluxduğu üçün utanır da. Çox zaman elə hesab edirlər ki, İİV-ölüm deməkdir və əgər birinin İİV analizləri pozitivdirsə, həmin şəxs QİÇS xəstəsidir. Bu yalnış fikirdir.

İİV insandak immun sistemi hüceyrələrini zəiflədir və İİV infeksiyaalrını meydana gətirir. Bu infeksiyaalrın irəliləmiş mərhələsi isə QİÇS-dir. Yəni İİV pozitiv olan bir şəxs antiretroviral dərmanları (ARV) vaxtlı-vaxtında qəbul edərsə, sağlam insanlar kimi həyatını davam etdirə bilər.

ARV-ləri əldə etmək o qədər də asan olmadığı üçün orta və qərbi Afrika ölkələrində yaşayan İİV pozitiv şəxslərin 75 faizi (5 milyon nəfər) yavaş və ağrılı şəkildə dünyasını dəyişir. Yoxsul ölkələrdə yaşayan 73000 İİV poizitiv uşaqlaırn 90 faizi ARV-əldə edə bilmir. Toxunmaq və ya öpüşməklə İİV yoluxa bilər- bu fukir yalnışdır. İİV xəstəsi ilə yanaşı oturmaq, ona toxunmaqla virüs keçməz.

Çox zaman İİV xəstəliyindən daha çox homoseksual kişilərin təsirləndiyi qeyd edilir. Bu da yalnıç fikirdir.

Qərb ölkələrində belə olsa da, bütün dünyada daha çox qadınların İİV pozitiv olduğunu müəyyən etmək olar. Səhra Afrikasnda İİV poizitiv şəxslərin 59 faizi qadınlardır. Cənubi Afrikada yaşayan 15-19 yaşlı qızların İİV daşıma riski kişilərlə müqayisədə 8 dəfə çoxdur.

Bəzən İİV daşıyıclaırnın övladlarının da xəstə doğulacağı deyilir. Bu da yalnıç fikirdir. ARV müalicəsi alan bir qadının xəstəliyi uşağına keçirmə riski cəmi 2 faizdir. Bu müalicə sayəsində son 20 ildə İİV pozitiv doğulan uşaqlaırn sayı 60 faiz azalıb. Məsələn Kubada anadan uşağa İİV yoluxma halı sıfıra düşüb və Kuba bu sahədə bir ilkə imza atıb. Unutmamaq lazımdır ki, bəzi ərazilərdə hamiləq adınların cəmi 39 faizi müalicə edilir. Bu səbəbdən də İİV pozitiv qadınların da hardasa yarısı İİV pozitiv uşaqlar dünyaya gətirir. Bu uşaqlar da müalicə almadığı üçün 3/1 -i bir yaşına çatçadan ,5/1 -i isə 5 yaşına çatmadan ölür.

“Prezervativ istifadə etmək İİV-ə yoluxmanın qarşısının alınmasında tək təsirli yoldur ” fikri də səhv fikridir. Əlbəttə prezervativ qoruyur, amma ARV müalicəsi alan İİV pozitiv şəxslər partnyoruna İİV yoluxdurma səviyyəsi riski 96 faiz azalıb. Bir ölkədə İİV pozitiv sayı nə qədər çoxudrsa, həmin ölkədə QİÇS-dən ölənlərin sayı da o qədər çoxdur. Bu fikri də səhv fikridir. Məsələn İİV poiztiv halalrı Cənubi Afrikada 6,8 milyon olsa da, QİÇS -lə ölüm halları cəmi 140000 -dir. Ancaq Nigeriyada İİV pozitiv faktı az olmasına baxmayaraq, Müalicə almayan İİV pozitivlərin yarısı QİÇS səbəbilə dünyasını dəyişir. Nigeriyadakıların 25 faizi müalicə ala bildiyi halda, Cənubi Afrikadakıların 45 faizi müalicə ala bilir.

İİV və QİÇS mövzusunda ən yaralı yer “damğalama” dır. Çünki cəmiyyət arasıdna İİV və ya QİÇS lə yaşayan şxəslər tez-tez damğalanır,haqqlarında dedi-qodular yayılır. Sözlə təcavüzə uğrayır və təhdid edilirlər. Bəzn bu şəxslər bu xəstəliyə görə işdən də uzaqlaşdırılırlar.

Səhiyyə Nazirliyinin QİÇS-lə mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanda qeydiyyatda 7867 nəfər İİV -xəstəsi var. Onların 70 faizini kişilər, 30 faizini qadınlar təşkil edir. Bu il isə qeydiyyata 654 nəfər düşüb. Onlarda 19 nəfəri əcnəbilərdir. QİÇS mərkəzinin direktörü Famil Məmmədovun sözlərinə görə, İİV-lə yaşayan şəxslərin 78 faizini 25-49 yaşlı şəxslər təşkil edir. 17 yaşa qədər uşaqlaırn göstəricisi isə cəmi 2 faizdir. Terapiyaya cəl edilən hamilələr 98 faiz halda sağlam övlad dünyaya gətirirlər.Famil Məmmədov həmçinin bildirirb ki, bu il Azərbaycanda QİÇS -dən ölənlərin sayı ötən illərlə müqayisədə iki dəfə azalıb. Bu isə ARV müalicəsi ilə əlaqəlidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 10 dəqiqədə bir nəfər QİÇS-ə yoluxur . Hazırda dünyada 40 milyon QİÇS xəstəsi var. Və bu günə qədər 25 milyon nəfər bu xəstılikdən ölüb. Qeyd edək ki, QİÇS -in müalicəsindən erkən diaqnoz böyük əhəmiyyət daşısa da, təəsüüf olsun xəstəlik özünü 1-11 il ərzində biruzə etdiyi üçün bunu erkən müəyəyn etmək mükün olmur.

QİÇS-in ilkin əlamətləri:

Bədən çəkisinin 25 faiz itirilməsi

İshal və uzun sürən yüksək hərarət

Boyunda, qoltuq altında və qasıqlarda limfa vəzilərinin şişməsi

Uzun sürən tərləmələr, halszılıq

Dəridə dəmirov əlamətləri

Yuxarı tənəffüs yollarının infeksiyaları.

Xüsusilə qeyd edək ki, virüs kişidən qadına daha tez ötürülür, nəinki qadından kişiyə.

Necə qorunaq?

Qan, sperma, vaginal maye və ana südündə İİV cəmləşir Virus ətraf mühitin amillərinə qarşı davamsızdr. Ağız suyunda, tər, gözyaşı və sidikdən İİV yoluxmur. Qucaqlaşma, əl sıxma, hovuzda və ya saunada çimmək, məişət və ofis əşyaları ilə İİV yoluxmurş İİV-dən qorunmaq üçün

təsadüfi qorunmamış cinsi əlaqələrdən imtina etmək vacibdir. Sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıçaq və başqa alətlərin istifadəsindən imtina etmək gərəkdir.

İİV-ə yoluxmaq şübhəsi duyursunuzsa bununla bağlı QİÇS mərkəzinə müarciət edib analiz verə bilərsiniz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »