Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Mask: İnsanların daha çox övladı olmasa, sivilizasiya dağılacaq
Elon Mask: İnsanların daha çox övladı olmasa, sivilizasiya dağılacaq

"Tesla və SpaceX"in baş direktoru Elon Mask, insanların daha çox uşaq sahibi olması lazım olduğunu söyləyib. Musk qatıldığı bir tədbirdə “kifayət qədər insan yoxdur” deyərkən, doğum nisbətlərinin sürətlə azalmasının “sivilizasiya üçün ən böyük risklərdən biri” olduğunu və bunun bəşər sivilizasiyasını təhdid edə biləcəyini deyib.

Bizimyol.info xəbər verir ki, "ntv.com.tr"nin verdiyi məlumata görə, dünyanın ən varlı adamı: “Məncə, sivilizasiya üçün ən böyük risklərdən biri aşağı və sürətlə azalan doğum nisbətidir”.

Dünyanın əmək problemlərini necə həll edə biləcəyi ilə bağlı sualı cavablandıran Mask: "Ağıllı insanlar da daxil olmaqla, çoxları dünyada adamların çox olduğunu və əhalinin nəzarətdən çıxdığını düşünür. Bu tamamən yanlış fikirdir. Zəhmət olmasa, rəqəmlərə baxın, bunu xüsusi vurğulayıram, insanlar daha çox uşağı olmasa, sivilizasiya dağılacaq”.

Niyə bu qədər övladı olduğunu soruşduqda, Elon Musk altı uşaq atası kimi yaxşı nümunə olmağa çalışdığını deyib. "Dünya Bankının statistik məlumatlarına görə, 1960-cı ildən bəri qlobal doğum nisbətləri davamlı olaraq azalır", - deyə əlavə edib.

ABŞ-da statistik məlumatları paylaşan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) də 2020-ci ildə ölkədə doğum nisbətinin 4 faiz azaldığını və bu rəqəmin qeydlər aparılmağa başladığı gündən bəri rekord olduğunu açıqlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »