Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda "ekslərin" əmlaklarına həbs qoyulur
Ermənistanda "ekslərin" əmlaklarına həbs qoyulur

“Hayastan” fraksiyasından olan deputat Seyran Ohanyan və onun həyat yoldaşının əmlakına həbs qoyub.

Bizimyol.info xəbər verir ki, bu barədə "sputnikarmenia" Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, üçüncü prezident Serj Sarkisyanın mühafizəsinin keçmiş rəhbəri Vaçaqan Qazaryanın və ailəsinin əmlakına həbs qoyulub.

“Onların hamısı araşdırmanın nəticələri ilə tanış olmaq və öz mövqelərini bildirmək üçün prokurorluğa dəvət ediliblər”, - deyə idarədən verilən məlumatda adı çəkilənlərin hansı əmlakına həbs qoyulduğu qeyd edilməyib.

Prokurorluq həmçinin Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, onun qızı, oğlu, Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri, Milli Məclisin keçmiş spikeri Qalust Saakyanın oğlu Arman Saakyanın, keçmiş nazir Arman Saakyanın əmlakının qanuniliyini də araşdırır.

Xatırladaq ki, bir neçə gün əvvəl prokurorluq tərəfindən sabiq polis rəisi Vladimir Qasparyan və onun ailə üzvlərinin əmlakının müsadirə olunması tələbi ilə məhkəməyə müraciət etməsi barədə məlumat verilsə də, işin digər təfərrüatları açıqlanmayıb. Bundan əvvəl MTN-in keçmiş yüksək rütbəli məmuru Serob Arutyunyanın və onun qohumlarının qanunsuz əmlakının müsadirə olunması barədə məlumat yayılmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »