Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Beyin çipləri 2022-ci ilə qədər insanlara implantasiya edilə bilər”
“Beyin çipləri 2022-ci ilə qədər insanlara implantasiya edilə bilər”

Son zamanlar elektrik avtomobil markası olan Tesla və Bitcoin ilə bağlı açıqlamaları ilə gündəmə gələn məşhur sahibkar, iş adamı Elon Muskun sahibi olduğu “Neuralink” adlı şirkətdən diqqətçəkən bir addım atıldı.

Bizimyol.info xəbər verir ki, Elon Musk, gələn il beyin interfeysi texnologiyası şirkəti Neuralink-in mikroçiplərini insanlara implantasiya etməyə ümid etdiyini söylədi.

Belə ki, 2016-cı ildə Musk tərəfindən təsis edilən Neuralink, beyin fəaliyyətini eyni vaxtda qeyd etmək və stimullaşdırmaq üçün insanların beyninə implantasiya ediləcək çip hazırlayır. Çip, onurğa beyni zədələnmələri və nevroloji pozğunluqların müalicəsi kimi tibbi tətbiqlərə sahib olmaq üçün nəzərdə tutulub.

Musk açıqlaması zamanı bildirib ki, meymunlar üzərində çoxlu sınaqlar keçirirlər və bu çip tamamilə təhlükəsiz və etibarlıdır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »