Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtlər haqqında maraqlı araşdırma – Əzbərləyə və cavab verə bilirlər
İtlər haqqında maraqlı araşdırma – Əzbərləyə və cavab verə bilirlər

Uzun illər insanların dostu olan itlər təkcə “yat, qalx, otur” kimi əmr sözlərini deyil, həm də 89 sözü başa düşə bilirlər.

Bizimyol.info xəbər verir ki, Kanadada aparılan araşdırmalar müxtəlif it cinslərinin sahibləri ilə münasibətlərini müşahidə edib. Məlum olub ki, itlər orta hesabla 89 sözü əzbərləyə və cavab verə bilirlər.

Xüsusilə də daha zəkalı cins itlərdə bu rəqəmin 215-ə qədər yüksələ biləcəyi aşkarlanıb. Bildirilib ki, demək olar ki, bütün itlər öz adlarına reaksiya verir və əksəriyyətinin “otur”, “gəl”, “aşağı”, “qal”, “gözlə”, “yox”, “yaxşı” kimi əmrlərə cavab verirlər. Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, itlərin əksər sözlərə cavab verməyi öyrənməsi üçün formal təlim tələb olunur.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »