Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələcək nəsillər üçün dünyanın qara qutusu düzəldilir
Gələcək nəsillər üçün dünyanın qara qutusu düzəldilir

Dünya iqlim böhranının öhdəsindən gəlməyə çalışarkən, digər tərəfdən də gələcək nəsillərə yaşanan və ya yaşanacaq olan fəlakətlərin necə inkişaf etdiyini bildirmək üçün qara qutu hazırlanır.

Bizimyol.info xəbər verir ki, gələn il Tasmaniyada tikiləcək strukturun qalın polad divarları qlobal istiləşməni dayandırmaq və ya yumşaltmaq mümkün olmadıqda Yerdəki həyatın necə sona çatacağını göstərəcək.

Tasmaniya Universitetinin alimləri və marketinq kommunikasiyaları şirkəti Clemenger BBDO, təyyarənin qara qutusunun uçuş məlumatlarını yazan cihazdan ilhamlanaraq, iqlim böhranı səbəbindən baş vermiş və ya baş verəcək fəlakətləri qeyd etməyi hədəfləyirlər.

Toplanmış və saxlanılan məlumatlar içərisinə quru və dəniz temperaturu, okeanın turşulaşması, atmosfer CO2, növlərin yox olması, torpaqdan istifadə dəyişiklikləri, həmçinin insan əhalisi, hərbi xərclər və enerji istehlakı daxildir. Qəzet başlıqları, sosial media yazıları və ÇNL iqlim dəyişikliyi görüşləri kimi əsas hadisələrdən xəbərlər kimi kontekstual məlumatlar da toplanacaq.

Clemenger BBDO-dan Jim Curtis ideyanın məqsədini belə izah edib: “Əgər Yer kürəsi iqlim dəyişikliyi nəticəsində dağılacaqsa, bu qırılmaz qeyd cihazı hər kəs üçün orada olacaq”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »