Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanı: Fransa Kaşıkçı qətli ilə bağlı yanlış adamı həbs edib
Səudiyyə Ərəbistanı: Fransa Kaşıkçı qətli ilə bağlı yanlış adamı həbs edib

Səudiyyə rəsmiləri Səudiyyə Ərəbistanı vətəndaşının Parisin Şarl de Qoll hava limanında saxlanmasının yanlış olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Bildirilir ki, Fransa polisi 2018-ci ildə jurnalist Camal Qaşıqçının qətlində əli olmaqda şübhəli bilinən Səudiyyə vətəndaşını həbs edib. Səudiyyə rəsmiləri isə həbs olunannın başqa şəxs olduğunu iddia edirlər.

Adının çəkilməsini istəməyən ədliyyə və hava limanı mənbələrinin AFP xəbər agentliyinə verdiyi məlumata görə, Səudiyyə vətəndaşı Parisin Şarl de Qoll hava limanından Ər-Riyada uçmağa hazırlaşarkən Türkiyənin verdiyi həbs qərarı əsasında sərhəd polisi tərəfindən saxlanılıb.

Ötən gün müstəntiqlər Xalid Alotaibi adına pasport daşıyan şəxsin həqiqətən də Türkiyənin axtardığı və dünyanın qəzəbinə səbəb olan Kaşıkçının dəhşətli şəkildə öldürülməsi ilə bağlı ABŞ tərəfindən sanksiya tətbiq edilən eyni adlı şübhəli olduğunu təsdiqləməyə çalışıblar.

Səudiyyə Ərəbistanının Parisdəki səfirliyi bəyanat yayaraq həbs edilən şəxsin “sözügedən işlə heç bir əlaqəsi olmadığını” bildirib və onun dərhal azad edilməsini tələb edib.

Səudiyyə Ərəbistanındakı bir təhlükəsizlik mənbəsi əlavə etdi ki, “Xaled Alotaibi” krallıqda çox yayılmış bir addır və fransızların tutduqlarını düşündükləri Alotaibi əslində “o qətldə iştirakı olan bütün cinayətkarlarla” birlikdə Səudiyyə Ərəbistanında həbsxanada cəza çəkir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »