Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanadanın əczaçılıq şirkəti 71 faiz effektiv "Covid-19" peyvəndi hazırlayıb
Kanadanın əczaçılıq şirkəti 71 faiz effektiv "Covid-19" peyvəndi hazırlayıb

Kanadanın Medicago əczaçılıq şirkəti 71 faiz effektiv bitki əsaslı Covid-19 peyvəndi hazırlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "cnnturk" məlumat yayıb.

Laborator şəraitdə yetişdirilən bitkidən vaksin hazırlayan şirkət, tədqiqatın son mərhələsindəki nəticələrə görə, istehsal etdikləri iki doza peyvəndin "Delta" variantı da daxil olmaqla virusun bütün mutasiyaları üçün 71 faiz təsirli olduğunu bildirib.

Şirkət, təcrübələr zamanı "Omicron" variantının hələ ortaya çıxmadığını və bu səbəbdən tədqiqat işlərinə bu variantı daxil etmədiklərini vurğulayıb.

Firmadan dərhal Kanadada təsdiq üçün müraciət edəcəklərini, həmçinin ABŞ, Böyük Britaniya və digər ölkələrdə də yeniliyi təsdiq etdirmək niyyətində olduqlarını bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »