Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynaya hücum edərsə, əlvida “Şimal axını-2”
Rusiya Ukraynaya hücum edərsə, əlvida “Şimal axını-2”

Amerika Birləşmiş Ştatları təklif edib ki, Rusiya prezidenti Vladimir Putin “Şimal axını-2” qaz kəmərinin tam şəkildə işə salınması müqabilində Ukraynaya potensial işğal planlarından imtina etsin.

Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Rusiya qazı “Şimal axını-2” kəməri ilə hələ də tədarük edilməyib.

"Bu o deməkdir ki, kəmər işləmir. Bu o deməkdir ki, bu, Putin üçün təsir mexanizmi deyil. Əslində, bu, Qərb üçün təsir rıçaqıdır, çünki Vladimir Putin qazın bu kəmərdən keçəcəyini görmək istəsə, Ukraynanı işğal etmək istəyindən əl çəkməlidir", -deyə Sullivan qeyd edib.

Həmçinin, milli təhlükəsizlik müşaviri bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya potensial işğalı kontekstində həm səlahiyyət müddəti başa çatan, həm də gələcək Almaniya hökumətinin nümayəndələri ilə “Şimal axını-2” ilə bağlı intensiv müzakirələr aparır.

Qeyd edək ki, BVF-nin proqnozlarına görə, “Şimal axını-2” qaz kəmərinin işə salınması Ukraynanın qaz tranzit gəlirlərini 40% azaldacaq. 2024-cü ilə qədər ölkə gəlirlərini ildə 1,2 milyard dollar azalda bilər, halbuki “Qazprom”la mövcud tranzit müqaviləsi qüvvədədir.

Ukrayna Qazprom ilə qaz tranziti müqaviləsini 15 il müddətinə uzatmaq istəyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »