Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Bahçeşehir Universitetinin məzunları ilə görüş keçirilib
Bakıda Bahçeşehir Universitetinin məzunları ilə görüş keçirilib

VII Ənənəvi BAU Global Azərbaycan Məzun Görüşü Bakıda baş tutub. Tədbirdə Bahçeşehir Universiteti məzunları ilə yanaşı, rektor məsləhətçisi Professor doktor Esra Hatipoğlu, Azərbaycan Türkiyə Məzunlar Birliyinin rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri və iş insanları iştirak ediblər.

BAU Məzunlarla Əlaqə Mərkəzi Koordinatoru Melih Elidüzgün tarixi Qarabağ zəfərindən sonra Azərbaycana gəldiyi üçün qürur duyduğunu dilə gətirib. O, qeyd edib ki, Bahçeşehir universitetinin 178 azərbaycanlı məzunu var. Hazırda isə, 320 tələbə ilə mütəmadi ünsiyyətdə olduğunu qeyd edən Elidüzgün, bu məzunların ölkənin parlaq gələcəyi üçün mühim layihələrə imza atmaq bacarığına sahib olduğunu əlavə edib. Eyni zamanda, Bakının mərkəzində yeni açılan BAU Global Ofisi ilə, xüsusilə şirkətlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlığı genişlındirməyi hədəflədiklərini vurğulayan Elidüzgün, universitetin 2023-cü ildə ilk 500 universitet sırasına girə bilcəyindən danışıb.

4 qitə, 6 universitet, 4 dil məktəbi və 50 min məzun

Tədbirdə çıxış edən universitetin Beynəxalq Münasibətlər üzrə məsul rektor məsləhətçisi Prof. Dr. Esra Hatipoğlu, univeristetin nailiyyətlərin danışıb. O, bildirib ki, universitetin 4 qitədə 6 universitet 4 dil məktəbi və müxtəlif təhsil səviyyələrində 300 mindən çox tələbəyə təhsil verən, 50 mindən çox məzunu olan Avropanın ən böyük təhsil məkanı BAU Global Təhsil Şəbəkəsinin üzvü olan Bahçeşehir Universiteti böyük nailiyyətlər əldə edib. BAU Global rəhbəri Enver Yücel və BAU rektoru Prof. Dr. Şirin Karadenizin salamlarını azərbaycanlı məzunlara çatdıran Esra Hatipoğlu, dünyanın hər yerində olan məzun görüşlərinin önəmindən də danışıb.

BAU Global Azərbaycan Məzun Təmsilçisi Emin Məmmədov isə, Azərbaycandan BAU məzunlarının sayının hər gün artdığını bildirib. E.Məmmədov əlavə edib ki, yeni açılan BAU Global Bakı ofisi, hər ay sektor təmsilçiləri ilə tədbirlər keçirəcək və BAU məzunlarının Azərbaycanda universitet-sənaye əməkdaşlıqlarında önəmli rol oynacağını qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »