Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzər dənizinin səviyyəsi azalmaqda davam edir
Xəzər dənizinin səviyyəsi azalmaqda davam edir

Hər il olduğu kimi bu ildə Xəzər dənizinin səviyyəsində azalma müşahidə edilir. Bu, daha çox özünü Bakı və Bakı ətrafı qəsəbələrdə göstərir.

Mütəxəssislərə görə, Xəzər dənizi qapalı su hövzəsi hesab edildiyi üçün, su balansının dəyişməsi onun səviyyəsinə təsir edir.

Hər iki yüz ildən bir dənizin səviyyəsi dəyişir. Yəni, iki yüz il Xəzərin suyunun səviyyəsində yüksəlmə və iki yüz il isə azalma müşahidə edilir. Azalmanın güclü fəsadları olmasa da, dəniz səviyyəsinin artması iqtisadiyyata güclü zərər verir. Məsələn; ötən əsrdə dəniz səviyyəsi 2,5 metr artmışdı. Bu səbbədən, Azərbaycanda 50 min hektar ərazini su basmış və büdcəyə 2 milyard dollar zərər dəymişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müşaviri Rasim Səttarzadənin açıqlamasına görə, Xəzərdə qapalı su hövzəsi olduğu üçün suyun səviyyəsi ara-sıra dəyişə bilər. Səviyyə dəyişikliyi, əsasən su balansı elementlərindən asılıdır. Yəni, Xəzərə axan və Xəzəri qidalandıran çaylardan, düşən yağıntının miqdarından və buxarlanmadan asılıdır.

R.Səttarzadə qeyd edib ki, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir edir. Nazirliyin rəsmisi bildirir ki, beynəlxalq iqlim modellərinə görə Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayət qədər qeyri-müəyyənlik və uyğun olmayan tərəflər var. Buna görə də, Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı fikir söyləmək mümkün deyil.

Mütəxəssisin fikrincə, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən azalmağa başlayıb.

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, Xəzər dənizinə müxtəlif çayların suları tökülür. Bura Volqa və Ural çayları ilə yanaşı, bir neçə çay da daxildir.

Son zamanlar daxil olan çay sularının miqdarı azaldığı üçün, Xəzərin səviyyəsində də azalma müşahidə edilir. Qeyd edək ki, son 15 ildə Xəzər dənizinin səviyyəsi 1,5 metr azalıb. Və bu proses, hələ 30 il də davam edəcək. Yəni, Xəzər dənizi indiki səviyyəsindən hələ 2-3 metr də azalacaq.

“Xəzər dənizinin suyunun azalması və artması peridoik hadisədir. Hər zaman olub. Təbiət hadisəsidir və olmalıdır. Təbii ki, Xəzərin səviyyəsinin artması da faydalı deyil. Bu zaman iqtisadiyyata külli miqdarda zərər dəyə bilər. Subasmalar və oxşar hadisələr baş verə bilər.

Xatırladaq ki, Xəzər dənizinin səviyyəsi 1837-ci ildən bu günə qədər 3 dəfə dəyişib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »