Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib
Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

“Şuşa dövlət tarix-arxitektura qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 27 dekabr tarixli 414 nömrəli Qərarı ləğv edilib.

"Bizimyol.info" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq dövlət reyestrindən çıxarışda və ya daşınmaz əmlakın təsvirində, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumat qeyd edildiyi halda, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı satın almaqda üstünlük hüququnun həyata keçirilməsini təmin etmək məqsədilə, habelə daşınmaz əmlak icarəyə (istifadəyə) verilərkən mülkiyyətçinin müraciəti əsasında notarius tərəfindən Mədəniyyət Nazirliyinə, tabeliyindəki dövlət qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə Dövlət Turizm Agentliyinə, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə bildiriş göndəriləcək.

Bununla yanaşı, Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »