Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin hədələyir, NATO isə Ukraynadan geri çəkilmir
Putin hədələyir, NATO isə Ukraynadan geri çəkilmir

Co Baydenlə Vladimir Putin ABŞ-Rusiya münasibətlərinin ən gərgin dövrlərindən birində görüşür. Kremlin rəhbəri NATO-nun şərqə doğru genişlənmək planından narahatlığını gizlətmir. Putin Baydendən bunun baş verməyəcəyinin zəmanətini istəyir. Rusiya prezidenti əks halda sonrakı mərhələdə xoşagəlməz hadisələrin baş verə biləcəyini deyir.

Bizimyol.info xəbər verir ki, Putinin nəyə eyham vurduğu sirr deyil. O, Ukraynaya hücum planından danışır. Onsuz da ehtimal xeyli yüksəlib. Rusiya Ukrayna ilə sərhəd zonalarına 175 min nəfərlik qoşun toplayıb.

Ağ Ev də Kremlə sərt mesajlar göndərir. Co Bayden Ukraynaya hücumu sakit izləməyəcəklərini demişdi. ABŞ prezidenti onlar üçün qırmızı xətlərin olmadığını xüsusi vurğulamışdı. Bayden böyük ehtimalla məhz mümkün hücumu nəzərdə tutmuşdu.

Kremlin mətbuat katibi Dmitri Peskov dekabrın 6-da Putinin Baydenlə söhbətdə Rusiyanın təklifini dilə gətirəcəyini deyib. Şimal dövlətinin xarici işlər naziri Sergey Lavrovun da bu haqda fikri yada düşür. Kremlin nümayəndəsi ABŞ-ın təklifə necə reaksiya verəcəyi barədə baş sındırmaq istəmədiklərini bildirmişdi.

Qərb mətbuatı Baydenin də Putinlə görüşə xüsusi hazırlaşdığını yazır. ABŞ prezidenti müttəfiqlərin və Vaşinqtonun məramını açıq mətnlə ortaya qoyacaq. Hesab olunur ki, Bayden heç bir halda Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyinə söz verməyəcək. Nə şifahi, nə yazılı bunu gözləməyə dəyər.

Rusiya Ukraynaya hücum zamanı ABŞ ordusunun bölgədə görünəcəyinə inanmır. Hərçənd, Pentaqonun rəsmi nümayəndəsi Con Kerbi ABŞ-ın Müdafiə naziri Lloyd Ostinin iki qonşu ölkə sərhədində baş verənləri diqqətlə izlədiyini deyib.

Rusiyanı narahat edən bir məsələ də var. Putin bu haqda sön müsahibələrində danışıb. NATO Ukraynada raket əleyhinə müdafiə sistemi quraşdırmağı planlaşdırır. Eynisini Rumıniyada və Polşada görmək mümkündür. Kreml bu məsələyə təhlükənin yaxınlaşması kimi yanaşır. Putin sistemin quraşdırılmasını qəbuledilməz sayır. Baydenlə görüşdə bu məqam diqqətdən qaça bilməz.

Bizimyol.info

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
Son xəbərlər
Bütün xəbərlər »