Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"The Guardian": ABŞ Şərqi Avropaya qoşun göndərə bilər
"The Guardian": ABŞ Şərqi Avropaya qoşun göndərə bilər

ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi halında NATO-nun şərq cinahı ölkələrinə əlavə hərbi qüvvələr göndərməyə hazırdır. Bundan başqa Ağ Ev həmçinin iqtisadi tədbirlər planını da işə sala bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Guardian” nəşri adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisinə istinadən xəbər verib.

“Əgər Putin Ukraynaya daxil olarsa, ABŞ Rusiyanın Ukraynaya təcavüzü qarşısında şərq cinahındakı müttəfiqlərimizin təhlükəsizliyini təmin etmək üçün əlavə qüvvələr, imkanlar, təlimlər keçirməsi barədə qərar verəcək”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, Bayden dekabrın 7-də görüş zamanı onu da Putinə aydınlaşdıracaq ki, ABŞ Ukraynanın gələcək hərbi alyansa üzvlüyünü istisna etmir. Kreml bunu Rusiyanın “qırmızı xəti” hesab edir. Bunu ötən gün Bayden özü də təsdiqləyib.

Vaşinqton əmindir ki, Bayden Putinlə söhbətində Rusiyanın “qırmızı xətlərinə” əməl etməyəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »