Bir nəfər Moskvanın cənub-şərqində yerləşən çoxfunksiyalı mərkəzdə atəş açmağa başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“İlkin məlumata görə, mühafizəçinin maska taxmaq tələbi ilə yaranan münaqişə nəticəsində müştəri silahı çıxararaq atəş açmağa başlayıb”, -deyə mənbə bildirib.
Paytaxtın meri Sergey Sobyanin sosial şəbəkə hesabında atışma ilə bağlı məlumatı təsdiqləyib. "Ryazanski MFC-də faciə baş verib. Naməlum şəxsin atəş açması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Qatil saxlanılıb", - deyə mer yazıb.
Mənbə bildirir ki, qurbanlardan biri uşaqdır.
Bizimyol.info
⚡️Два человека погибли, еще три человека получили ранения после стрельбы в МФЦ "Рязанский" в Москве — агентство "Москва" pic.twitter.com/dZ6wl68dED
— Oles Filonenko ? (@taxfreelt) December 7, 2021