Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Burundi həbsxanasında yanğın 38 nəfərin həyatına son qoyub
Burundi həbsxanasında yanğın 38 nəfərin həyatına son qoyub

Şərqi Afrika ölkəsi olan Burundinin paytaxtı Giteqa şəhərində həbsxanada yanğın hadisəsi nəticəsinə ölən və yaralananların sayı barədə ilkin açıqlama verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "rianovosti" məlumat verib.

“Giteqanın mərkəzi həbsxanasında baş verən yanğında 38 nəfər ölüb, o cümlədən 12-si boğulma nəticəsində, 69 nəfər isə ağır yaralanıb”, – bu barədə yerli mətbuatın "Twitter" səhifəsində yazıb.

"Azı min məhbusun saxlandığı həbsxanada yanğın səhər saat 4 radələrində baş verib. Qızıl Xaç Komitəsinin əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəlsələr də, onlar həbsxana binasını cəld tərk ediblər. Onların üzündə dəhşət ifadəsi aydın görünürdü. Bu da hadisənin əhatə dairəsinin daha geniş və dəhşətli olduğundan xəbər verir", - deyə mətbuat məlumat verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »