Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz

Bizimyol.info 08 dekabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Vacib işlər üçün doğru gündür: bu gün onlarla məşğul olmaq gözlədiyinizdən daha asan alınacaq. Vaxtında alınan məlumatlar səhvlərdən qaçmağa, sonradan peşmançılıq yaşada biləcək addımlardan çəkinməyə kömək edəcək. Bu gün qazandığınız təcrübə gələcəkdə dəfələrlə sizə fayda verəcək. Çox fərqli insanlar asanlıqla bir araya gələ, ortaq fəaliyyətlər, uzunmüddətli işbirliyi haqqında razılığa gələ bilərlər. Evdə mübahisələr üçün hər hansı səbəbin olacağı gözlənilmir¸ yaxınlarınız hər məsələdə razılaşa biləcəklər. Köhnə əlaqələri yeniləyə, əvvəllər çox ünsiyyət qurduğunuz insanlarla yenidən bir araya gələ bilərsiniz. Köhnə dostlar maraqlı bir şey təklif etməyə hazırdırlar.

Qoç – Gözəl gün yaşayacaqsınız. Özünüz və başqaları üçün çox faydalı işlərlə yadda qala bilərsiniz. Çətin durumda olan insanlara dəstək ola, ədaləti bərpa edə, uzun müddət razılaşa bilmədiyiniz və bu üzdən çox vaxt itirdiyiniz şəxslərlə danışıqlara gedə bilərsiniz – bu gün münasibərlər yumşalacaq. Çox güman ki, bu gün etibar edə biləcəyiniz yeni dostlarınız və müttəfiqləriniz olacaq. Dincəlmək üçün kifayət qədər vaxtınız yoxdur: siz mümkün qədər çox iş görməyə çalışırsınız, heç nəyi təxirə salmaq istəmirsiniz. Bu arada, qısa bir fasilə sizə zərər verməyəcək, çünki ondan sonra özünüzü daha şən, enerjili və inamlı hiss edəcəksiniz.

Buğa - Gərgin gündür. Paralel olaraq bir neçə işi görməlisiniz, lazım olan hər şeyi beyninizdə saxlamaq o qədər də asan məsələ olmayacaq. Bundan əlavə, ətrafınızdakılar sizi həmişə düzgün başa düşmürlər və ən sadə məsələləri təkrar-təkrar izah etmək zərurəti sizi bezdirəcək. Amma emosiyaların öhdəsindən gələcəksiniz, münaqişələrdən qaçmaq üçün hisslərinizi cilovlamaq vacibdir. Bu yolla vəziyyəti mümkün qədər sakitləşdirməyə çalışacaqsınız. Bəzi xırda məişət problemləri yarana bilər - məişət texnikasının xarab olması, başqa xırda məişət hadisələri istisna deyil. Bütün bunların ciddi nəticələri olmayacaq, ancaq bir müddət əhvalınızı poza bilər.

Əkizlər - Sizinlə razılaşmayanlarla mübahisə etməyə tələsməyin. Bu gün sakit danışıq aparmaq, istənilən müzakirələri konstruktiv şəkildə qurmaq və şəxsiləşdirməmək bacarığı sizə çox fayda verə bilər. Vacib işgüzar məsələləri həll etmək, peşəkar mövqelərinizi gücləndirmək və sizə qarşı düşmən mövqedə olanları zəiflətmək imkanınız olacaq. Bəzi köhnə işlərə qayıda bilərsiniz: indi onların öhdəsindən gəlmək düşündüyünüzdən daha asan olacaq. Günün ikinci yarısı əvvəllər buraxılmış səhvləri düzəltmək, gərgin inkişaf edən münasibətləri yaxşılaşdırmaq şansı verəcək. Romantik sevgi anları da həyatınıza girə bilər.

Xərçəng - Günün ilk yarısında vacib işləri planlaşdırmamaq daha yaxşıdır. Bu, olduqca sakit bir vaxtdır, lakin çox da faydalı deyil. Başladığınız işi başa çatdırmaq çətin ola bilər, gözlədiyiniz nəticəni əldə etmək mümkün olmayacaq. Ancaq cari işlərin öhdəsindən gəlmək, ötən günlərdə həll edilə bilməyən məsələləri çözmək asan olacaq. Günün ikinci yarısı tamamilə fərqli olacaq: vacib və çətin işlərə uyğun, xoş sürprizlər və ruhlandırıcı hadisələrlə doludur. Yəqin ki, maraqlı təkliflər alacaqsınız.

Şir - Həm ciddi səhvlərdən, həm də lazımsız narahatlıqlardan qaçaraq mürəkkəb məsələləri tez həll edə biləcəyiniz gün gəlir. İntuisiyanız burada kömək edəcək: onun göstərişlərinə qulaq asaraq düzgün hərəkət edəcəksiniz, hətta kiçik səhvlərə də yol verməyəcəksiniz, pis niyyətli rəqiblərin qurduğu tələlərdən məharətlə yan keçəcəksiniz. Unutmayın: işləriniz nə qədər vacib olarsa, onlarla təkbaşına məşğul olmaq bir o qədər asan olacaq. Birgə hərəkətlərdə kiminləsə razılaşmaq üçün çox vaxt ciddi səylər göstərmək lazımdır. Hətta sevdikləriniz də sizi həmişə düzgün başa düşmür. Ancaq ciddi mübahisələrə və münaqişələrə yol vermirsiniz.

Qız - Maraqlı və vacib söhbətlərin yaxşı alınacağı bir gündür. Keçmişdə çoxlu fikir ayrılıqlarına səbəb olan mövzular ətrafında gəzişə bilərsiniz. İntuisiyanız nə vaxt güzəştə getməyin lazım olduğunu və nə vaxt təkid edəcəyinizi söyləyəcək. Vacib qərarlar qəbul etməyə tələsməmək daha yaxşıdır, xüsusən də onlar uzaq gələcəyə aiddirsə. Siz şansa, əlverişli şəraitə arxalanırsınız. Amma öz gücünüzə güvənmək daha yaxşı olardı.

Tərəzi - İdeyalarınız və planlarınız haqqında danışmaq, fikirlərinizi bölüşmək, uzunmüddətli planları müzakirə etmək üçün yaxşı gündür. İnsanlar uğur qazanacağınıza inanır və kömək etməyə həvəslidirlər. İndi işgüzar münasibət kimi başlayan əlaqələr zaman ötdükcə dostluğa və ya sevgiyə çevrilə bilər. Siz enerjili, qətiyyətli, özünüzə inamlısınız. Şübhəsiz ki, çətin işlərin öhdəsindən bu gün də tez gələcəksiniz. Gün maliyyə baxımından uğurludur: nağd pul gəlirləri, sərfəli sövdələşmələr günü yaddaqalan edəcək.

Əqrəb - İnsanlarla barışmaq həmişə asan olmur. İşdə xırdalıqlar, tez həll oluna bilən cari məsələlərin müzakirəsində bəzi çətinliklər səbəbindən fikir ayrılıqları mümkündür. Ruhi müvazinətinizi itirməməyə çalışın və uğur qazanacaqsınız. Sakitliyiniz sizin üstünlüyünüzə çevriləcək: təxribatlara tab gətirəcəksiniz, yalnız əsaslandırılmış qərarlar qəbul edəcəksiniz. Elmi iş, araşdırma, məlumat toplamaq üçün əlverişli gündür. Siz heç bir xırda detalı gözdən itirməyəcəksiniz, hər şeyi diqqətlə yoxlayacaqsınız.

Oxatan - Sizə çoxlu yaxşı əməllərə imza atmağa şans verən əla gündür. Ehtiyacı olanlara kömək etməyə, çətin vəziyyətdə olan insanlara dəstək olmağa çalışırsınız. Münasibətlər üçün də yaxşı gündür - mübahisələri keçmişdə tərk edib gələcəyə köklənə bilərsiniz. Bir zamanlar sizin üçün faydalı olan iş əlaqələrini bərpa etmək asan olacaq. Günün birinci yarısı ikincidən daha məhsuldardır. Axşama doğru getdikcə istirahət daha vacib olacaq. Xoşbəxtlikdən, şərait qısa bir fasiləyə imkan verir və bu, enerjinizi geri almaq üçün kifayət edəcək.

Oğlaq - Günün əvvəlində çox sahələrdən uğur alacaqsınız. Şəraitin uyğunluğundan yararlanmağa dəyər: onun sayəsində siz iddialı planları həyata keçirəcək, çətin işdə uğur qazanacaq, başqalarının edə bilmədiklərini edəcəksiniz. Yeni tanışlarla əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Çox güman ki, onlar etibarlı müttəfiq olduqlarını sübut edəcəklər. Günün ikinci yarısı o qədər də məhsuldar olmasa da, çoxlu xoş dəqiqələr gətirəcək. Xoşladığınız və özünüzü sevdirmək istədiyiniz adamla ünsiyyət üçün yaxşı vaxtdır, xoş təəssürat yaratmaq çətin olmayacaq.

Dolça - Yeni ideyaların günüdür: qeyri-adi, cəsarətli və uğurlu planlarınız yaranacaq. Heç kimin ağlına gəlmənlər ağlınıza gəlir; başqaları sizin bir çox təşəbbüslərinizi dəstəkləməyə hazır olacaqlar. İstifadə edə biləcəyiniz məlumatları asanlıqla öyrənir, başqasının təcrübəsini tez mənimsəyirsiniz. Bu gün alınan məlumatlar gələcəkdə ciddi səhvlərdən qaçmağa imkan verəcək. Danışıqlar yaxşı nəticə verəcək. Bu gün hətta əvvəllər mübahisə edənlər də sizinlə razılaşacaqlar. Günün ikinci yarısında ailə biznesi ilə məşğul olmaq, son zamanlar yaxınlarınızı narahat edən problemləri həll etmək fürsəti yaranacaq.

Balıq - Ən sadədən tutmuş ən çətinə qədər hər işdə bacarıqlısınız. İntuisiyanız sizə istədiyiniz nəticəni necə tez əldə edəcəyinizi söyləyəcək. Onu dinləyin və vaxtınıza qənaət edəcəksiniz. Qeyri-adi tanışlıqlar, görüşlər mümkündür, bunun sayəsində sizin qarşınızda yeni peşəkar perspektivlər açılacaq. Ehtiyatlı olmaq yalnız pulla əlaqəli olduqda tələb olunur. Bir az qeyri-ciddiliyə meyllisiniz, xırda alışlara xeyli pul xərcləyə bilərsiniz. Alış-verişə lazımi qədər vaxt ayırın, hər hansı sövdələşməni bağlamazdan əvvəl iki dəfə düşünün.

Son xəbərlər
Bütün xəbərlər »