Fransada Covid-19-a qarşı peyvənd yaşı aşağı salınıb.
Bizimyol.info xəbər verir ki, Fransanın Baş naziri Jan Kasteks və Səhiyyə naziri Oliver Veran hökumətin Covid-19-a qarşı gördüyü yeni məhdudlaşdırıcı tədbirləri izah etmək üçün mətbuat konfransı keçirib.
Konfransda, Fransa hökumətinin dekabrın 15-dən etibarən Pfizer/BioNTech tərəfindən hazırlanmış peyvəndlə səhhətində problem olan 5-11 yaş qrupu uşaqları Covid-19-a qarşı peyvənd etməyə başlayacağı bildirilib.
Məlumatda qeyd olunur ki, Fransada 5-11 yaş arası təxminən 6 milyon uşaq var və bu yaş qrupunda olan 350 min uşaq ya artıq çəkidən əziyyət çəkir, ya da ciddi sağlamlıq problemləri var.
Leyla, Bizimyol.info