Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
9 ayda 81 kişi zorakılığa məruz qalıb: “Qadınları həmin həddə çatdıranlar da məhz kişilərdir”
9 ayda 81 kişi zorakılığa məruz qalıb: “Qadınları həmin həddə çatdıranlar da məhz kişilərdir”

“Son 9 ayda 81 kişi zorakılığa məruz qalıb”.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə açıqlaması zamanı bildirib ki,  O, bildirib ki, Dövlət Komitəsinin 860 qaynar xəttinə ümumilikdə 369 müraciət daxil olub və onların arasında kişilər də var.

Ailə-məişət zorakılığı dedikdə əsasən ağıla qadınların həyat yoldaşları tərəfındən fiziki şiddətə məruz qalmaları gəlir. Halbuki bəzən əksinə də olur. Yuxarıda qeyd olunnan rəqəmlərə baxdıqda görürük ki, rəqəm nisbəti az olsa da kişilər də ailədə öz xanımı tərəfindən zorakılığa məruz qalır və hətta bununla bağlı müvafiq dövlət orqanlarına müraciət edir.

Psixoloq Fərqanə Mehmanqızı kişilərin ailə daxili şiddətə məruz qalması ilə bağlı açıqlama verən zaman bildirib ki, şiddətin cinsiyyəti olmur

“Ümumi olaraq, şiddətə qarşıyıq. Amma düşünürəm ki, kişilərə olan şiddəti böyütmək özü də qadına qarşı şiddət sayılır.

Bu kişilərə göstərilən şiddət qadınlar tərəfdindəndirmi? Bu da sual olaraq qalır. Əgər belədirsə, həmin qadınların psixologiyasını öyrənmək lazımdır. Çünki qadın doğulandan analıq hissi ilə doğulur. Buna “Mat Tereza” sinderomu deyirik.

Biz bilirik ki, kişi güc simvoludur. Qadında o qədər aqressiya, güc olmalıdır ki, kişiyə qarşı şiddət göstərə bilsin. Qadını kişiyə qarşı şiddət törətməyə, o psixoloji duruma gətirən də yəqin ki hərhansısa bir kişidir. Çünki hər bir insanın sinir, dözümlülük xətti var. Düşünürəm ki, bu qadınları həmin həddə çatdıranlar da məhz kişilərdir”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »