Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqları bıçaqla hədələyən, sinifdə şalvarını çıxaran şagirdlə bağlı niyə tədbir görülmür...
Uşaqları bıçaqla hədələyən, sinifdə şalvarını çıxaran şagirdlə bağlı niyə tədbir görülmür...

Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə 7-ci sinif şagirdinin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, məktəbin 7-ci sinfində təhsil alan şagird sinifdə şalvarını çıxarır, qızları küçə söyüşləri ilə təhqir edir, müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir. Valideynlər polisə müraciət etsələr də, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir.

282 nömrəli tam orta məktəb isə faktı təsdiq edir və bildirir ki, məktəbin 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir

Maraqlı bir məqam isə ondan ibarətdir ki, həmin şagird artıq 7 ildir ki, təhsil müəssisəsinə gəlir və təhsil alır. Bəs bu illər ərzində həmin şagirdin psixoloji problemlərinin olması necə aşkar olunmayıb? Məktəbə qəbul zamanı tələb edilən tibbi arayışda niyə bu problemlər niyə öz əksini tapmayıb?

Psixoloq Fərqanə Mehmanqızı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, uşaqlar daha ərkən yaşlarından uşaq poliklinikaları tərəfindən qeydə alınmalıdır və poliklinikalar, ancaq peyvənd işinə baxmamalıdır.

Fərqanə Mehmanqızı Fərqanə Mehmanqızı

“Körpə dünyaya gəldiyi andan etibarən uşaq poliklinikalarının nəzarətinə götürülür. Məktəb yaşına qədər psixoloji durumları, akademik dəyərləri, İQ-ləri yoxlanılır. Bu fakt bir daha sübut edir ki, bu uşaq poliklinika tərəfindən nəzarətə götürülməyib. Uşaq poliklinikasında nevrpotoloq, psixiatr, psixoloq niyə bu uşağa nəzarət etməyib və bu qeydə alınmayıb?

Uşaq məktəb yaşına çatdıqda və təhsil müəssisəsinə getdikdə poliklinika ona tibbi kart təqdim edir. Həmin tibbi kartda bunlar qeyd olunmalıdır. Bunlar qeyd olunmadığı üçün uşaq da hər hansı bir terapeya, təlimlərdən geri qalır. Bu zaman isə daha böyük, yetkin problemlər üzə çıxır.

Uşaqların məktəbə qəbulu zamanı akademik dəyərlər və psixoloq tərəfindən dəyərləndirmə imtahanı edilir. Siz təsəvvür edə bilməzsiniz ki, bu zaman valideyinlər hansı yalanları danışırlar ki, uşaqları məktəbə qəbul olunsun. Amma bunun qarşısını almaq lazımdır”.

Psixoloqun sözlərinə görə, bu uşaqlar qrup şəkildə sinifə təsir edə bilir, katalizator rolunu oynayır, dərsi pozur, müəyyən problemlərin yaşanmasına gətirib çıxardır.

“Məktəb belə problemli uşaqlar və ailə ilə tanış olduğu zaman İcra hakimiyyətinə məlumat göndərməlidir. İcra hakimiyyətindən həmin ailəyə gedilməli, qeydə almalıdır. Bu, əslində narkomaniya, oğurluq, qətl və ağır cinayətlərin qarşısını almaq üçündür. Bu sistem var. Amma işləyib-işləməməsi sual altındadır”.

Leyla Mirzə

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »