Təl-Əvivdə “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun evləri “BM-Bank”a olan borclarına görə həbs edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Monteneqro hakimiyyətinin Rusiyaya ekstradisiya etməkdən imtina etdiyi İsmayılovlar ailəsi İsraildə 3 milyon dollar dəyərində qiymətləndirilən iki evinə həbs qoyulub. Bu yolla BM-Bank (VTB-nin bir hissəsi) İsmayılovun borclarının bir hissəsini qapatmaq istəyib.
Bankın nümayəndələri Tel-Əviv məhkəməsinə müraciət etdikdən və orada iş adamının əmlakına həbs qoyulmasını xahiş etdikdən sonra bunun 6 aydan çox çəkə biləcəyi üzə çıxıb. İsraillə Monteneqro arasında sənədlərin dəqiqləşdirilməsi prosesi getdiyi vaxt, sahibkarın əmlakı qısa zamanda oğlu Ələkbər İsmayılovun adına keçirilib.
Kiçik İsmayılov Moskva Arbitraj Məhkəməsinin qərarı ilə digər şəxslərlə birlikdə BM-Bank-a olan borclarına görə subsidiar məsuliyyətə cəlb edilib, onlardan artıq 26,5 milyard rubldan çox pul alının.
Evin mülkiyyət hüququnun oğl İsmayılovun adına keçdiyini və aktivlərin yenidən satıla biləcəyini öyrənən bank onların həbsinə nail olub.
Qeyd edək ki, Telman İsmayılov 2018-ci ildən beynəlxalq axtarışa verilib. İstintaq Komitəsi onu qiyabi olaraq sahibkarlar Vladimir Savkin və Yuri Brylevin qətlinin təşkilində, həmçinin sonradan öldürülməyə cəhd edilən müğənni Abraham Russonun oğurlanmasında ittiham edir.
Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə İdarəsi noyabrın ortalarında iş adamı Telman İsmayılova qarşı 180 milyon dollardan çox məbləğdə qəsdən müflisləşmə ilə bağlı cinayət işi açıb.
Bizimyol.info