Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maştağada 8 evdən oğurluq edənlər saxlanılıb - Video
Maştağada 8 evdən oğurluq  edənlər saxlanılıb - Video

Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən Savalan və Daş Karxanası yaşayış massivlərində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Tuncay Həsənov, Şakir Vahablı və Qurban Məmmədov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların qeyd edilən ərazilərdə müxtəlif vaxtlarda 8 evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »